Cümə, 27 Dekabr 2019 07:04

Prezidentin fərmanında vergi ödəyicilərin istifadə etdiyi formalarla bağlı İNQİLABİ DƏYİŞİKLİK

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Fərmanında maraqlı məqamlar var.

Əksər vergi ödəyicilərin şikayəti ondan ibarətdir ki, Prezidentin fərmanı ilə təsdiq olunan 4 (pərakəndə satış, topdansatış, istehsal və ictimai iaşə) sahə ilə qaydalarda kağız formada ciddi hesabat blanklarının hazırlanması kifayət qədər vaxt və maliyyə tələb edir. Fərmanda vergi ödəyicisi tərəfindən əksər formaların Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada  kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilməsinə icazə veriləcək yəni həmin sənədələr artıq ciddi hesabat blankı hesab edilməyəcək. 

Kağız və ya elektron daşıyıcıda hazırlanacaq formalara aşağıdakılar aid edilir:

  • "Malların təhvil-qəbul aktı";
  • “Malların alış aktı”;
  • “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”;
  • "İstehsal ehtiyatlarının alış aktı”;
  • “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”;
  • “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası”;
  • “Alış sifarişi”;
  • “Hazır məhsulların təhvil-qəbul aktı”;
  • “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”;
  • “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”;
  • “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaiməfakturası”;
  • “Zay məhsullara dair akt”;
  • “Zay məhsulların təhvil-qəbul aktı”;
  • “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”;
  • “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”;
  • “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt”.

“Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” sənədi ciddi hesabat blankı hesab edilir və yalnız kağız formada tərtib edilir. “Elektron qaimə-faktura” və “Malların elektron alış aktı”nın formaları da “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında hazırlanacaq.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

1 Şərh

  • Şərh bağlantısı Orxan Bazar, 05 Yanvar 2020 23:06 tərəfindən təqdim olunub Orxan

    Salam. Mənə "Vergi qanunvericiliyi və şərhlər toplusu 2020" kitabı lazımdır. Necə əldə edə bilərəm ?

    Əvvəlcədən təşəkkürlər.

    Hörmətlə,
    Orxan Abbasov
    070 744 - 24 - 54

Şərh yazın