YENİ QAYDA! Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi necə tənzimlənəcək? (8-ci yazı)

YENİ QAYDA! Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi necə tənzimlənəcək? (8-ci yazı)

MKS Academy tərəfindən 12 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Əmək Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktik misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də əmək məzuniyyətinin başqa vaxta keçirilməsi qaydaları ilə bağlıdır.

Belə ki, Əmək Məcəlləsinin 134-cü maddəsinin yeni redaksiyada verilməsi təklif olunur. Həmin maddəyə əsasən, əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi dedikdə, məzuniyyətlərin növbəlilik cədvəlində nəzərdə tutulan vaxtın dəyişdirilməsi, yaxud əmək məzuniyyətinin bir hissəsinin bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə və ya növbəti təqvim ilinə keçirilməsi başa düşülür.

Bəs əmək məzuniyyətinin başqa vaxta keçirilməsi hansı hallarda mümkün olacaq?

Təklif edilən 134.2-ci maddəyə əsasən, əmək məzuniyyəti və ya onun bir hissəsi aşağıdakı hallarda başqa vaxta keçirilir:

1. İşçinin təşəbbüsü ilə (maddə 134.2.1):

  • əmək qabiliyyəti müvəqqəti itirildikdə;

  • əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;

  • işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə.

2. İşəgötürənin təşəbbüsü və işçinin razılığı ilə (maddə 134.2.2):

İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsi istehsalın, işin və ya xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda.

3. Hərbi vəziyyət dövründə (maddə 134.2.3):

Səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq.

4. Tərəflərin qarşılıqlı razılığı ilə (maddə 134.2.4).

İndi isə təklif edilən dəyişikliyi praktik misallarla izah edək.

Misal 1. Məzuniyyətin bir aydan başqa aya keçirilməsi

İşçinin 2026-cı il üzrə əmək məzuniyyətindən sentyabr ayında istifadə etməsi nəzərdə tutulub. Lakin işçi ilə işəgötürən arasında əldə edilən qarşılıqlı razılığa əsasən, məzuniyyətin oktyabr ayında verilməsi qərara alınır.

Bu halda əmək məzuniyyəti bir aydan başqa aya keçirilmiş hesab olunacaq.

Misal 2. Məzuniyyətin növbəti iş ilinə keçirilməsi

İşçinin iş ili 1 iyul 2025-ci ildən 30 iyun 2026-cı ilədək olan dövrü əhatə edir. Həmin iş ili üzrə 30 təqvim günü əmək məzuniyyəti hüququ olan işçi məzuniyyətin 15 günündən istifadə edib.

Tərəflərin qarşılıqlı razılığına əsasən, istifadə edilməmiş 15 günlük məzuniyyət hissəsi növbəti iş ilinə keçirilir.

Bu halda işçi növbəti iş ilində həmin 15 günlük məzuniyyət hissəsindən istifadə edə bilər. Təklif edilən 134.3-cü maddəyə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə istifadə edilməmiş məzuniyyət hissəsinin növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilməsi də mümkündür.

Misal 3. Məzuniyyətin növbəti təqvim ilinə keçirilməsi

İşçinin iş ili 1 mart 2026-cı ildən 28 fevral 2027-ci ilədək olan dövrü əhatə edir. Məzuniyyətlərin növbəlilik cədvəlinə əsasən, işçi 2026-cı ilin noyabr ayında əmək məzuniyyətindən istifadə etməlidir.

Lakin tərəflərin qarşılıqlı razılığı ilə məzuniyyətin 2027-ci ilin yanvar ayına keçirilməsi qərara alınır.

Bu halda əmək məzuniyyəti növbəti təqvim ilinə keçirilmiş hesab olunsa da, işçinin müvafiq iş ili hələ başa çatmamış olacaq. Yəni əmək məzuniyyətinin növbəti təqvim ilinə keçirilməsi onun mütləq növbəti iş ilinə keçirilməsi demək deyil.

MKS.az olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər barədə oxucularımıza məlumat verməyə davam edəcəyik. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi və digər yeniliklər 12 noyabr 2026-cı il tarixində keçiriləcək onlayn tematik təlimdə praktik misallarla ətraflı izah olunacaq.

ƏMƏK MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ
Praktiki misallarla tematik təlim!

Təlimdə müzakirə ediləcək əsas mövzular:

  • Saatlıq əməkhaqqının hesablanması və tətbiqi;
  • İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi;
  • Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi;
  • Əməkhaqqı ödənişlərinin elektronlaşdırılması;
  • Digər mühüm dəyişikliklərin praktiki misallarla izahı.

Tarix: 12 noyabr 2026-cı il

Saat: 19:00–21:00

Format: Onlayn (ZOOM)

XÜSUSİ ENDİRİM!
MKS Academy-nin kitablarını əldə edən və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza endirim tətbiq olunur.

DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!

Qeydiyyat və ətraflı məlumat: 050 368-12-72 / 055 368-12-72 (WhatsApp)

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

3.  Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

4.  Əməyin uçotu: A-dan Z-yə - 2026

5.  PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

2.  ƏMAS Platforması: A-dan Z-yə 2026

3. Vergi uçotu: A-dan Z-yə 2026

4. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
5. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər