Vergimizin “Relax” sindromu

Vergimizin “Relax” sindromu

Anar Bayramov,  mks.az saytının eksperti

 “Relax” və sindrom. Əgər son hadisələr olmasaydı, yəqin ki, oxucularımız qəribəliklərinə vərdiş etdiyimiz Azərbaycanımızda bir-birinə zidd olan bu iki anlayışın necə bir araya gəldiyi üzərində saatlarla baş sındırardılar. Məsələ ən azından dövlətə vergi ödəyən əksər vergi ödəyicilərinə aydın olduğundan təfərrüata getmək istəmirəm. Məlum xəbəri oxuyandan, videoya baxandan bəri dövlətə vergi ödənilməsi sahəsində hökm sürən ifrat intizamsızlıq və cəzasızlıq mühitində “kamerallara və səyyarlara” rəğmən vergisini vaxtında ödəyərək ayaqda dayanmağı çalışan Azərbaycan sahibkarının ürək sızladan obrazını unuda bilmirəm.

Namuslu vergi ödəyiciləri - insan orqanizmi yad mikroba qarşı mübarizə aparmağ gücündə olmadığını dərk edəndə onunla birgə yaşamağa qərar verdiyi kimi - artıq vergi məsələsində yaşadıqları narahatlıqlarla, keçirdikləri əsəb gərginlikləri ilə çoxdan “doğmalaşıb”.  
Hesabatı göndərdikdən sonra  vergi orqanın onlayn kargüzarlığa göndərdikləri məktublarla bağlı gələn mesajlardan məktubun oxunmasına qədər keçən müddətdə namuslu vergi ödəyicilərinin yaşadıqları, sözün belə təsvir etməkdə aciz olduğu hisslər bu obrazın tamamlayıcı çalarlarıdır.

Əziz oxucum, bu obraz sənin obrazındı, haqqında danışdığım namuslu vergi ödəyicisisi sənsən!

Həftələrlə, bəzən aylarla acı bağırsaq kimi dartdıqca uzanan, səyyar vergi yoxlamalarına toxunmuram, səncə, “Relax” istirahət mərkəzinə fəaliyyətdə olduğu son 10 ildə aşağıdakı kameral məktublardan hansı və neçə dəfə göndərilib:

  • Təqdim etdiyiniz bəyannaməyə əsasən 1(bir) işçinin orta aylıq əmək haqqı məbləği Respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqı məbləği göstəricisindən aşağıdır. Qeyd olunanlar real iqtisadi göstəricilərlə, habelə bu sektor üzrə analoji fəaliyyətlə məşğul olan və vergilərinin düzgün hesablanmasına üstünlük verən vergi ödəyicilərinin göstəriciləri ilə müqayisədə kəskin fərq yaradır ki, bu da vergi qanunvericiliyinin tələblərinin pozulması və vergidən yayınma halının olması kimi qiymətləndirilir.
  • ------- Vergilər Şöbəsi bildirir ki, ------ ------- -cü illər bəyannamə məlumatları üzrə aparılmış təhlillər zamanı cəmi dövriyyə, hesablama və vergi ödənişinizdə azalmalar müşahidə olunmuşdur.    Yuxarıda qeyd olunan xüsusiyyətlər nəzərə alınmaqla müvafiq dövrlər üzrə  real dövriyyəni göstərməklə  dəqiqləşdirimiş bəyannamənin təqdim edilməsi və ya təqdim etdiyiniz vergi bəyannaməsi üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur.
  • “Muzdlu işlə əlaqədar vergi bəyannaməsi” məlumatlarına əsasən işçilərin sayı ötən rübə əsasən azalmışdır.

“Yetər, artıq! Məktubların siyahısını uzatmağa ehtiyac yoxdur!” Bu əsəb və gərginlik dolu səs sənin səsindir, namuslu vergi ödəyicisi. Qulaqlarımda cingildəyir, uğuldayır, əsk-səda verir. Köhnə yaranın qaysağınımı qopartdım, qaysaq tutmayan yarana duzmu basdım?! Məni məzur tut, bunları deməyə, yazmağa məcburam. Deməsəm, yazmasam, mənim vergi işçilərinə əl qaldıran, turistin başında butılka sındıran o şəxslərdən nə fərqim ola bilər ki?!

Üzümü ölkəmizdə vergi siyasətini müəyyənləşdirən, onu həyata keçirən vergi işçilərinə tuturam: “Relax” hadisəsinin ictimailəşməsi, günahkarların cəzalandırılması yolundakı səy və çabalarınızı alqışlayıram. Ancaq “Relax” sindromu elə “Relax”la da bitməməli, belələrinə qarşı mübarizə sonuncu  harın vergi ödəyicisinin əhliləşdirilməsinə qədər davam etməlidir.

Eyni zamanda, Sizdən vergisini vaxtında və qədərində ödəyən vergi ödəyicilərinə münasibətdə xüsusi yanaşma gözləyirəm. Bunun üçün ayrıca qanun yazmağa, Vergi Məcəlləsinə xüsusi maddə əlavə etməyə ehtiyac yoxdur. Vergi işçisinin etik davranış Kodeksinin tələb etdiyi davranış normasıdır, vergi ödəyisinə münasibətdə inamdır, qarşılıqlı etimaddır, hörmətdir, vergi orqanının nüfuzuna xələl gətirən hərəkətlərdən çəkinməkdir, kameral məktublar dənizində çapalayan vergi ödəyicisinə tərəfdaş statusunda əl uzatmaqdır...

Əziz oxucum, bu yazıda mən bilərəkdən sənə “intizamlı, nümunəvi vergi ödəyicisi” deyil, “namuslu vergi ödəyicisi” kimi xitab etdim. Çünki indiki vəziyyətdə vergidən yayınmamaq vicdanlı sahibkar və həqiqi vətəndaş üçün ən böyük namus məsələsidir!

0 Komment

    Şərh yazın

    Xəbərlər