Bazar ertəsi, 08 İyul 2019 07:07

0 dərəcə ilə ƏDV-yə cəlb olunmanın azadolmadan 180 dərəcəlik fərqinin izahı

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Vergi Məcəlləsinin 165-ci maddəsi ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması əməliyyatlarından bəhs edir. Maraqlıdır ki, nədən ƏDV-nin sıfır dərəcə ilə tətbiq olunmasına ehtiyac duyulub. Həmin əməliyyatları ƏDV-dən azad olunan əməliyyatlar kimi qiymətləndirmək olmazdımı? Xeyr, çünki ƏDV-nin əvəzləşdirilməsi zamanı ƏDV-dən azad olunan əməliyyatla sıfır dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyat fərqli statuslara malikdir.

Misal. Tutaq ki, “A” MMC-nin yanvar ayı üzrə 18 faizlə ƏDV-yə cəlb olunan əməliyyatları 30 000 manat, ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması ilə bağlı əməliyyatları 25 000 manat olub. Vergi ödəyicisinin yanvar ayı üzrə ödədiyi ƏDV-nin ümumi məbləği 12 000 manat olub. Vergi ödəyicisinin həm 18 faizlə, həm də sıfır dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatları olmasına baxmayaraq, o, 12 000 manatlıq ƏDV-ni tam olaraq əvəzləşdirə biləcək. İndi təsəvvür edək ki, “A” MMC-nin yanvar ayı üzrə 18 faizlə ƏDV-yə cəlb olunan əməliyyatları 30 000 manat, ƏDV-dən azad olunan əməliyyat üzrə dövriyyəsi isə 25 000 manat olub. Vergi ödəyicisinin yanvar ayı üzrə ödədiyi ƏDV-nin məbləği 12 000 manat olub. Bu zaman artıq vergi ödəyicisi ƏDV-ni tam əvəzləşdirə bilməyəcək, çünki ƏDV-dən azad olunan əməliyyatlar üçün xüsusi çəki müəyyənləşdirmək lazımdır. ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı bölmənin əvvəlki səhifələrində ətraflı məlumat verilir. Ona görə də əvəzləşdirilmə misalının həlli yolunu qeyd edib, oxucuların fikrini ƏDV-yə sıfır dərəcə ilə cəlb olunma prosesindən yayındırmaq istəmirik. Misalları qeyd etməkdə məqsədimiz ƏDV-yə sıfır dərəcə ilə cəlb olunma ilə ƏDV-dən azadolma arasında fərqi əyani şəkildə göstərməkdir.

  Ezamiyyə qaydalarının geniş izah olunduğu "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

1 Şərh

  • Şərh bağlantısı Talib Şənbə, 13 İyul 2019 16:56 tərəfindən təqdim olunub Talib

    Salam, ətraflı izah edə bilərsizmi?

Şərh yazın