Vergilər Nazirliyindən məzuniyyətin hesablanması ilə bağlı CAVAB

Vergilər Nazirliyindən məzuniyyətin hesablanması ilə bağlı CAVAB

Sual: Mən dekabr 2017-ci il və yanvar 2018-ci il tarixdə məzuniyyətdə olmuşam, məzuniyyət haqqım köhnə tarif üzrə hesablanıb ödənilib .Yanvar 2018-ci ildən əmək haqqım artmış və buna müfaviq ödəniş necə həyatə keçirilməlidir?
 
Əzizov Fərhad Şirin, [email protected], Şəki (07.02.2018) 
Cavab:  Bildiririk ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
 
Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Bu baxımdan da 2018-ci ildə əmək haqqının məbləğinin artımı əvvəlki dövrlərin orta əmək haqqına, müvafiq olaraq da hesablanan məzuniyyət haqqına təsir etmir.
 
Əmək məzuniyyətləri barədə daha ətraflı məlumatın alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.
 
Bax: Əmək Məcəlləsinin 113-cü, 140-cı və 144-cü maddələri.

0 Komment

    Şərh yazın

    Xəbərlər