Bazar ertəsi, 24 Fevral 2020 10:31

Mks.az saytından seminarla bağlı elan

Mks.az-ın məlumatlandırma sessiyası təxirə salındı
Xəbər verdiyimiz kimi mks.az saytı fevralın 29-a növbəti ödənişsiz məlumatlandlrma sessiyası təyin eləyib. Təxminən 300 nəfərin iştirakı gözlənilən tədbirdə məşğulluq və icbari tibbi sığorta mövzularında vacib məlumatların verilməsi, müzakirələrin aparılması və aktual sualların cavablandırılması nəzərdə tutulurdu.

Mks.az saytının rəhbərliyi havaların qış fəslinə uyğun keçmədiyini və hazırkı iqlimin hava, təmas yolu ilə sürətlə yayılan qrip virusunun ötürülməsi ehtimalını gücləndirdiyini, belə bir vaxtda çox sayda insanın qapalı məkanda toplanmasının qrip infeksiyasının yayılması üçün münbit şərait yaratdığını nəzərə alaraq sessiyanı qeyri-müəyyən müddətə təxirə salmaq haqqında qərar verib.
Sessiyada müvafiq ekspertlərin təmsil olunması ilə bağlı xahişimizi müsbət cavablandıran dövlət qurumlarının rəhbərliyinə təşəkkürümüzü bildirir, tədbirdə iştirakla bağlı qərar vermiş həmkarlarımıza üzrxahlıq edirik.
Məlumatlandırma sessiyasının yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Şərh yazın