İşçinin təhsil haqqı və ya müalicə xərcininin sənədləşməsi və vergi öhdəlikləri

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

 Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin tələblərinə görə, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi də gəlir vergisindən azad olunur. Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun. Maddi yardım olan işçinin buna ehtiyacı olmalıdır. İstənilən işçi təşkilat rəhbərliyinə müraciət etməklə maddi yardım ala bilməz. Tutaq ki, işçi ödənişli təhsil müəssisəsində oxuyur və təhsil haqqını ödəməyə maddi imkanı çatmır. Bu zaman işçi tələbə biletinin surətini və yaxud da təhsil müəssisəsində oxuması haqqında arayışı, illik təhsil haqqının ödənilməsi barədə hesab-fakturanı (təhsil müəssisəsinin təqdim etdiyi) və ailə vəziyyətinin yaxşı olmaması haqqında digər sənədləri təqdim etməklə iş yerindən təhsil haqqını ödəmək üçün maddi yardım ala bilər. Təbii ki, ilk növbədə təşkilatın buna razılığı lazımdır. Analoji hal müalicə haqlarının ödənişi üçün maddi yardımın verilməsi zamanı da tətbiq olunur. İndi isə gəlir vergisindən azadolmalarla bağlı misala baxaq.

Misal. İşçinin müalicə olunmaq üçün maddi yardıma ehtiyacı var və müvafiq xəstəxanadan arayış və hesab-faktura gətirib ki, əməliyyat xərcləri və sonrakı reabilitasiya üçün 1400 manat vəsait lazımdır. Əgər təşkilat rəhbərliyi işçinin müəssisə üçün önəmini, məhsuldarlığını nəzərə alaraq müalicə haqqı kimi 1400 manat maddi yardımı birbaşa xəstəxananın hesabına ödəsə, bu zaman 1000 manat məbləğ vergidən azad olunur, yerdə qalan 400 manat isə gəlir vergisinin tutulması məqsədilə işçinin əmək haqqına əlavə olunur.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər