Çərşənbə axşamı, 19 Oktyabr 2021 06:49

Hansı kateqoriyalı qadınlar üçün natamam iş vaxtı müəyyən edilir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Qadınlar üçün digər güzəştli yanaşma odur ki, Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, işəgötürən hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə onlara natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir.

Mİsal 1.  Xəzinədar vəzifəsində çalışan hamilə qadın rəhbərliyə müraciət edərək gündəlik iş vaxtının 4 saata endirilməsini xahiş edir. İşəgötürən işçinin bu cür xahişini rədd etmək hüququna malik deyil. Təbii ki, iş saatının azaldılması nəticəsində işçiyə hesablanan əmək haqqı da azaldılacaq. İşçinin hamilə və ya 14 yaşına çatmamış uşağı olması səbəbindən natamam iş vaxtına keçməsi o anlama gəlmir ki, onun əmək haqqı əvvəlki kimi saxlanılmalıdır.

Mİsal 2. İşçi işəgötürənə müraciət edərək 3 yaşınadək uşağını tibb müəssisələrində ambulator müayinədən keçirəciyini bildirir. İşəgötürən bununla bağlı işçiyə zəruri şərait yaratmalıdır. Əmək Məcəlləsinin 245-ci maddəsininin ikinci hissəsinə əsasən, hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın