Əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması halları necə müəyyən edilir?

Əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması halları necə müəyyən edilir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 45-ci maddəsinin dördüncü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

Maddədə diqqət yetiriləsi iki məqam mövcuddur. Əvvəla, işin xarakteri daimi olarsa, müqavilənin müddətli bağlanmasına icazə verilmir.

Mİsal. İri həcmli dövriyyəyə və yüzə yaxın işçiyə malik olan işəgötürənin baş mühasib vəzifəsinə cəlb etdiyi işçi ilə 1 illik müqavilə bağlaması müəyyən əmək mübahisələrinin yaranmasına səbəb ola bilər. Çünki baş mühasib vəzifəsi davamlı iş yer olduğu və xüsusi hallar istisna edildiyi (işçini əvəz etmə və s.) üçün işəgötürənin onunla müddətsiz əmək müqaviləsi bağlaması daha məqsədəuyğundur.

Məsələ ilə bağl ikinci məqam odur ki, müddətli əmək müqaviləsi Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla bağlanır.

Əmək Məcəlləsinin 47-ci maddəsi haqqında növbəti səhifələrdə məlumat verilib. Misal üçün, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi və ya təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı müddətli əmək müqaviləsi imzalanmasına icazə verilir.

Mİsal.  İşəgötürən Şuşa şəhərində inzibati binanın tikilməsi ilə bağlı tenderin qalibi olub. Tenderin şərtlərinə əsasən, inzibati binanın tikintisi 3 ilə başa çatacaq. Bu halda işəgötürən həmin layihədə çalışan işçilərlə müddətli əmək müqaviləsi imzalaya bilər.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Vüqar 13 Oktyabr 2022

    Müddətsiz müqavilə hansı maddələrlə bağlanır?

Şərh yazın

Xəbərlər