Blank “Alov” MMC
ƏMR
№________
Xaçmaz şəhəri ___ _________________2019-cu il
2019-cu il üçün əmək məzuniyyətlərinin növbəlilik qrafikinə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133-cü maddəsinin 4-cü bəndinə, 134-cü maddəsinin 1-ci bəndinə və marketinq şöbəsinin işçisi Quliyev Rza Əşir oğlunun ___ ________2019-cu il tarixli ərizəsinə uyğun olaraq
ƏMR EDİRƏM:
- Marketinq şöbəsinin işçisi Quliyev Rza Əşir oğlunun 2019-cu il üçün məzuniyyətlərin növbəlilik qrafikində 01 iyun 2019-cu il tarixindən 30 iyun 2019-cu il tarixinədək nəzərdə tutulmuş 30 təqvim günü əmək məzuniyyəti (əsas və əlavə məzuniyyət müddəti göstərilməklə) 01 aprel 2019-cu il tarixindən 30 aprel 2019-cu il tarixinədək olan dövrə keçirilsin.
- İşçinin işə başlama tarixi 01 may 2019-cu il hesab edilsin.
- Kadrlarla iş şöbəsinin müdiri Nağıyeva Nazlı Səmədağa qızı ____ ________2019-cu il tarixli, _____№-li əmrlə təsdiq edilmiş əmək məzuniyyətlərinin növbəlilik qrafikində müvafiq dəyişikliyi həyata keçirsin.
- Baş mühasib Səlimova Sultanə Sahib qızı əmrin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Nağıyeva Nazlı Səmədağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Əmrlə tanış oldum:
__________ Səlimova S.S.
Tarix: ________
__________ Quliyev R.Ə.
Tarix: ________
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.