Vergi Məcəlləsindəki son dəyişiklik və əlavələrdən biri də fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlarla bağlıdır.

Sərbəst auditor Altay Cəfərov vurğulayıb ki, bu dəyişiklik və bunun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar təhtəlhesab əməliyyatlar zamanı hesabatlılq məsələlərində olan müəyyən boşluqları və çatışmazlıqları aradan qaldırıb.

Məcəllənin 98-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

98.2-ci maddədə göstərilir ki, bu Məcəllənin 98.1-ci maddəsinin məqsədləri üçün gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir.