Çərşənbə, 16 Sentyabr 2020 07:58

Vergi ödəyiciləri ay ərzində nə qədər nağd ödəniş edə bilər?

Satışı bitən "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Nağdsız hesablaşmalar" bölməsindən seçmə

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun ən çox müzakirə olunan hissəsi 3.3-cü maddəsidir. Həmin maddəyə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Qeyd edək ki, bu ödənişlər Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Bu barədə geniş məlumat verməmişdən öncə aydınlaşdıraq ki, hansı vergi ödəyicilərinə aylıq olaraq 15 000, hansılara 30 000 manat nağd əməliyyat aparmağa icazə verilir. Öncəliklə bildirək ki, bu bölgü zamanı vergi ödəyicisinin fiziki və hüquqi şəxs kimi statusa malik olmasının əhəmiyyəti yoxdur.

15 000 manatlıq aylıq limit aşağıdakılara aiddir:
- Vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan az olmalıdır;
- ƏDV qeydiyyatı üzrə vergi ödəyicisi olmamalıdır.
30 000 manatlıq aylıq limit aşağıdakılara aiddir:
- ƏDV ödəyicisi olanlar;
- Vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri.
Qeyd: 1 yanvar 2019-cu il tarixdən etibarən, vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün ƏDV qeydiyyatı məcburidir.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın