İşçi rəhbər vəzifəyə keçdikdə məzuniyyət günləri necə hesablanmalıdır?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

“A” MMC-nin rəhbərliyi satış sahəsində çalışan işçinin rəhbər vəzifəyə keçirilməsi haqqında qərar verir. Yeni vəzifəyə keçməzdən əvvəl satış işçisinə hesablanan məzuniyyət 21 gün olub. Amma rəhbər vəzifəyə keçdikdən sonra məzuniyyət günləri 21 gündən 30 günə artırılmalıdır. Maraqlıdır ki, bu halda işçinin həmin iş ilinə görə məzuniyyəti necə tənzimlənməlidir.
Fərz edək ki, işçinin 2-ci iş ili 1 iyul 2019 - 30 iyun 2020-ci il dövrünü əhatə edir. İşçinin satış müdiri vəzifəsinə keçirilməsi əmrinə əsasən, O, 1 noyabr 2019-cu il tarixdən yeni vəzifəsinin icrasına başlayacaq.

Bu halda işçinin 2-ci iş ili üzrə məzuniyyət günlərinin sayını müəyyən etmək üçün, ilk növbədə satış işçisi kimi çalışdığı dövrün məzuniyyət günlərini hesablayaq. İşçi 2-ci iş ilində 4 ay satış işçisi olaraq çalışıb. İşçinin 4 ayına görə hesablanacaq məzuniyyətini tapmaq üçün tənasüb üsulundan istifadə edək:
12 ay —— 21 gün
4 ay —— X gün
X = (21 gün x 4 ay) / 12 = 7 gün
İndi isə eyni prosesi rəhbər vəzifəsində çalışdığı dövrə tətbiq edək:
12 ay —— 30 gün
8 ay —— X gün
X = (30 gün x 8 ay) / 12= 20 gün
Deməli, işçinin ikinci iş ilinə görə əsas məzuniyyət günlərinin sayı 27 gün (7 gün (satış işçisi olan dövr üzrə) + 20 gün (satış müdiri olan dövr üzrə) olacaq.
Təbii ki, işçinin üçüncü iş ili üzrə növbəti məzuniyyəti 30 gün olacaq.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər