Çərşənbə axşamı, 14 Yanvar 2020 10:21

Məzuniyyət dövrü üçün təqvim yoxsa iş ili əsas götürülməlidir? (2-Cİ YAZI)

Mks.az saytının eksperti, “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu” kitabının müəllifi Anar Bayramov “Əmək məzuniyyəti və ondan istifadə edilməməsinə görə kompensasiya:  Fikir ayrılıqları və ziddiyyətlər” adlı təqdimatında məzuniyyət dövrünün necə hesablanmasına aydınlıq gətirib: “Bəzi işəgötürənlər işçinin məzuniyyəti dövrünü təqvim ili ilə hesablayıblar. Misal üçün, 2019-cu ilin yanvar və ya noyabr ayında işə qəbul olunan işçisi üçün 2020-ci il məzuniyyət üçün təqvim ili əsas götürülür.

Əmək Məcəlləsinin 113-cü maddəsində qeyd edilir ki, iş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Misal üçün, işçi 15 oktyabr 2019-cu il tarixdə işə qəbul olunub. Həmin işçinin əmək məzuniyyəti dövrü birinci və ikinci iş ili müvafiq olaraq 15 oktyabr 2019 – 14 oktyabr 2020-ci il və  15 oktyabr 2020 – 14 oktyabr 2021-ci il hesab ediləcək. O səbəbdən, işəgötürən 2020-ci il üçün məzuniyyət növbəliyi tərtib edərkən işçinin iş ilini əsas götürülməlidir”.

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

Şərh yazın