Cümə, 04 Oktyabr 2019 09:48

İşçi işəgötürənə iki xəstəlik vərəqəsi təqdim etdikdə, müavinət necə hesablanır?

Satışda olan "Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

Tutaq ki, «AA» firmasında çalışan Əliyev Nazim Məmməd oğlu 01.10.2019-cu il tarixindən 26.10.2019-cu il tarixinə kimi əmək qabiliyyətini müvəqqəti itirmək haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edib. 27.10.2019-cu il tarixində işçi işə çıxsa da, 03.11.2019-cu il tarixində yenidən halı pisləşib və 30.11.2019-cu il tarixinə kimi əmək qabiliyyətini itirdiyindən yenidən xəstəlik vərəqəsini işəgötürənə təqdim edib. 01.12.2019-cu il tarixində isə normal əmək fəaliyyətinə başlayıb.  Bu halda işçinin birinci və ikinci xəstəlik vərəqəsi fasilələrlə təqdim olunduğundan, daha doğrusu, işçinin əmək qabiliyyətinin itirilməsi dövrləri arasında fasilələr olduğundan, O, 27.10.2019-cu il tarixindən 03.11.2019-cu il tarixinə kimi işlədiyi üçün firma tərəfindən iki dəfə 14 günün müavinəti verilir və qalan günlər isə DSMF orqanları tərəfindən ödənilir. Belə ki, 01.10.2019-cu il tarixindən 26.10.2019-cu il tarixinə kimi 26 günün 14 gününə düşən hissəsinin müavinətini firma, qalan hissəsini isə DSMF orqanları ödəyəcək. Həmçinin, 03.11.2019-cu il tarixindən 30.11.2019-cu il tarixinə kimi olan 27 günün 14 gününə düşən
hissəsini firma, qalan hissəsini isə DSMF ödəyəcək.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Mündəricatla tanış olmaq istəyirsinizsə, zəhmətə şərh hissəsinə "+" qoyun, göndərilməsini təmin edək.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın