Çərşənbə axşamı, 16 Aprel 2019 09:23

Əmək müqaviləsi üzrə məlumatlar yanlış daxil edilərsə, CƏRİMƏ HESABLANIR? (RƏSMİ CAVAB)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Əmək Məcəlləsinə istinadən bildiriblər ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Başqa sözlə, əmək müqavilələri yalnız elektron sistemə yerləşdirildikdən sonra qüvvəyə minir.

Nazirlər Kabinetinin 2014-cü il 6 iyun 183 nömrəli qərarı ilə təsdiq edilən qaydalarda əmək müqaviləsi bildirişinə daxil edilməli olan məlumatlar öz əksini tapır. Bu məlumatların bəziləri sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və bildirişə daxil edilir. Bəzi məlumatlar isə işəgötürən tərəfindən əl ilə daxil edilir. Yazılı əmək müqaviləsində olan məlumatlar düzgün formada bildirişə daxil edilməlidir. Əmək müqaviləsi məlumatlarının bildirişə yanlış daxil edilməsi ilə bağlı qanunvericilikdə hər hansı məsuliyyət nəzərdə tutulmayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən onu da bildiriblər ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslər işə cəlb edildikdə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək, hüquqi şəxslər isə 20.000 manatdan 25.000 manatadək cərimə edilir.

Mənbə: Vergiler.az

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı SATIŞDA

Şərh yazın