Bazar ertəsi, 09 Aprel 2018 10:04

Əmək qanunvericiliyi üzrə işçinin icazə alma halı necə tənzimlənir?

Mks.az saytının eksperti Günel Səlimovanın təqdimatında

Sual: Salam. İşçi rəhbərlikdən gün ərzində qısa müddətli (2-3 saatlıq) icazə istərsə, bu hal necə tənzimlənməlidir.
Mahmud Quliyev
Cavab: Öncə qısa müddətli icazə məsələsinin nə olduğunu dəqiqləşdirək. İşçi ilə imzalanmış əmək müqaviləsinə əsasən, o, gündə 8 saat, həftədə 40 saat çalışmalıdır. Əgər işçi gün ərzində, tutaq ki, 4 saat işləsə, artıq əmək müqaviləsinin şərtlərini pozacaq. İşçinin bir gün 4 saat az işləməsi əmək müqaviləsinin şərtinin dəyişilməsi hesab olunur. Belə bir dəyişikliyin olması isə yalınz işəgötürənin razılığı ilə baş tuta bilər. Bunun üçün işçi işəgötürənin adına ərizə yazmalı və konkret

tarix göstərilməklə, əmək funksiyasından 4 saatlıq azad olunmasını xahiş etməlidir. İşəgötürən razılıq verdiyi təqdirdə işçi həmin tarixdə 4 saat az işləyə bilər. Müəssisənin Tabel uçotu cədvəlində da həmin gün üçün 4 saat qeyd olunmalıdır.
Bu məsələ ilə bağlı digər bir rəsmiləşdirmə forması da va. Bu da tam iş günü əmək funksiyasından azad olmaqla ödənişli və ya ödənişsiz məzuniyyətdən istifadədir.  Ancaq məsləhət görərdik ki, bu tip icazələr zamanı, rəsmiləşdirmə və məzuniyyət uçotu baxımdan ödənişsiz məzuniyyətdən istifadə edilsin.

1 Şərh

  • Şərh bağlantısı Sabir şahməmmədov Cümə axşamı, 05 Mart 2020 21:13 tərəfindən təqdim olunub Sabir şahməmmədov

    Salam.mən 2020 ci il yanvar ayında xəstə olduğum üçün, 144 saat işləməli olduğum halda 24 saat az,yəni 120 saat işlədim.mənim işlədiyim hər saat üçün zəhmət haqqı neçə manat olmaqla kəsilir? Və bu necə hesablanır.nəzərə almağınızı istəyərdim ki,akladım 588 azn dir.bir sualım da odur ki,bu qanunu sübut üçün harada tapa bilərəm?əvvəkcədən təşəkkür!

Şərh yazın