Cümə axşamı, 23 Aprel 2020 09:52

Qalıb Toğrulun təqdimatında: "Aprelin 1-dən Bakı və regionlar üzrə kim, nə qədər sosial ayırma ödəyəcək"

Xəbər verdiyimiz kimi, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əmək haqqının tikinti və ticarət sahələrində 25 faizi (hazırda 50 faizi), digər sahələrdə 15 faizi (hazırda 25 faizi) miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsinin təklif olunub. mks.az saytının eksperti Qalib Toğrul diferensial dərəcələri təqdim edir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklərə uyğun olaraq aprelin 1-dən:
- sahibkarlıq fəaliyyəti üzrə (Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə) – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının:
Bakı şəhərində 100 faizi;
Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
digər şəhərlərdə 80 faizi;
rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməsi təklif olunur.

Misallar üzərində baxaq ki, aydın olsun.

Aprelin 1-dən TİCARƏT və ya TİKİNTİ ilə məşğul olan şəxs Bakıda 62.50 manat, Sumqayıt və Gəncədə 56.25 manat, digər şəhərlərdə (Məsələn, Mingəçevirdə) 50,0 manat, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə (məsələn, Oğuzda) 37,50 manat, kənd yerlərində isə (məsələn, Oğuz rayonunun Bucaq kəndində) 31,25 manat ödəyəcəklər.

DİGƏR SAHİBKARLIQ FƏALİYYƏTİ ilə məşğul olanlar isə Bakıda 37,50 manat, Sumqayıt və Gəncədə 33,75 manat, digər şəhərlərdə (Məsələn, Mingəçevirdə) 30,0 manat, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə (məsələn, Oğuzda) 22,50 manat, kənd yerlərində isə (məsələn, Oğuz rayonunun Bucaq kəndində) 18,75 manat ödəyəcəklər.

 Anar Bayramovun müəllifi ilə Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" AR Qanununa olunacaq yeni dəyişiklərin də izah edildiyi  “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabı 04 may 2020-cı il tarixdən SATIŞDA

 
 
 

Şərh yazın