Əlavə dəyər vergisi üzrə 10 ballıq tapşırığın İZAHLI həll qaydası

Əlavə dəyər vergisi üzrə 10 ballıq tapşırığın İZAHLI həll qaydası

Satışı davam edən "Peşəkar Mühasib Sertifikatı (II mərhələ)" - II nəşr kitabından seçmə

SUAL 4.  ƏDV ödəyicisinin hesabat dövrü ərzində təqdim etdiyi konsaltinq xidmətləri üzrə 30 000 manat gəliri olsa da, qarşı tərəf 20 000 manatı ödəyib.  Bundan əlavə, məzənnə fərqi üzrə 2 000 manat gəliri olub.  Həmçinin, ƏDV ödəyicisi 50 000 manat məbləğində torpağı qarşı tərəfə təqdim edib. 
Hesabat dövründə 10 000 manat məbləğində hüquq xidməti göstərilib, vergi ödəyicisi qarşı tərəfə ƏDV məbləğini tam köçürüb, əsas məbləğ üzrə isə 5 000 manat ödəniş edib. Həmçinin, qeyri-rezidentlə bağladığı müqaviləyə uyğun olaraq əcnəbi təlimçiyə konfransda iştirak üçün 4 000 manat hesablanıb. Konfrans hesabat ayında keçirilib, Əsas və ƏDV məbləğləri növbəti ay köçürülüb. 
Verilən şərtlər daxilıində ƏDV ödəyicisinin dövlət büdcəsinə ödəyəcəyi ƏDV məbləğini hesablayın.

Həlli qaydası:

Əvvəlcə vergi ödəyicisinin hesabat ayındakı hansı əməliyyatları üzrə ƏDV öhdəliyi yaranmasını aydınlaşdıraq. Vergi ödəyicisinin təqdim etdiyi konsaltiq xidməti üzrə 30 000 manat tam məbləğdə ƏDV-yə cəlb edilən əməliyyatdır. Qarşı tərəf məbləği tam ödəmədiyi üçün Vergi Məcəlləsinin 166-cı, "Vergi tutulan əməliyyatların aparıldığı vaxt" adlı maddəsinin tələblərini nəzərə almalıyıq. Vergi Məcəlləsinin 161.1.1-ci maddəsinə əsasən, nağdsız ödəmədə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt, vergi tutulan əməliyyatın vaxt hesab edilir.
Misalımızda 30 000 manatlıq konsaltinq xidməti göstərilsə də, qarşı tərəf hesabat ayında 20 000 manat ödədiyi üçün cari dövr üçün həmin məbləği ƏDV-yə cəlb edilən əməliyyat kimi nəzərə alacağıq.
ƏDV ödəyicisinin hesabat ayında növbəti gəliri məzənnə fərqi üzrə 2 000 manatdır. Məzənnə fərqinin hansı tip gəlir hesab edildiyini nəzərdən keçirək. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində “Şatışdankənar gəlirlər” anlayışının açılışında xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi də qeyd edilir. Satışdankənar gəlirlər ƏDV-nin vergitutma obyekti kimi tanınmadığı üçün 2 000 manat üzrə ƏDV öhdəliyi yaranmır.
ƏDV ödəyicisi hesabat ayında 50 000 manat məbləğində torpağı qarşı tərəfə təqdim edib. Torpağın ƏDV-yə cəlb edilməsi məsələsi ilə Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə qeyd mövcuddur. Həmin maddənin 2-ci abzasında qeyd edilir ki,  əlavə dəyər vergisinin məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Maddənin tələblərinə əsasən, ƏDV ödəyicisi təqdim etdiyi torpağa ƏDV hesablamır.
İndi isə ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı halları nəzərdən keçirək. Vergi ödəyicisi hüquq xidməti ilə bağlı qarşı tərəfdən alıdğı 10 000 manatlıq xidmətə görə ƏDV-ni tam ödəsə də, əsas məbləğ üzrə 5 000 manat ödəniş həyata keçirib. Bu halda Vergi Məcəlləsinin 175-ci, "Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV" adlı maddəsinin tələbləri nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 175.1.1-ci maddəsində qeyd edilir ki, alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilən ƏDV-nin vaxtı kimi müəyyənləşdirilir. Maddədə “Mütənasib” məfhumundan istifadə edilib. O səbəbdən də ƏDV məbləğinin tam ödənilməsinə baxmayaraq ƏDV ödəyicisi ödədiyi 5 000 manata münasib ƏDV-ni əvəzləşdirmək imkanına malik olacaq.
Qeyri-rezidentə təlimdə iştirakla bağlı hesablanmış 4 000 manat xidmət haqqına gəlincə, xidmət hesabat ayında göstərilsə də, ödəniş növbəti aylarda həyata keçirilib. Vergi Məcəlləsinin 169-cu, “Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi” adlı maddəsində qeyd edilir ki,  Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.  Misalımızda qeyri-rezident üzrə ödəmə növbəti ayda həyata keçirildiyindən cari ay üzrə nəzərə alınmayacaq.
İndi isə verilən izahlara uyğun ƏDV-nin əvəzləşdirilməsi cədvəlini tərtib edək:

382

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər