Elektron qaimə-fakturanın sayı çox olarsa, ödəniş tapşırığında qeyd necə aparılmalıdır?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə
Vergi Məcəlləsinin 16.11-ci maddəsinin birinci hissəsində qeyd edilir ki, təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi ödəniş tapşırığında qeyd edilməlidir.
Vergi orqanının ödəmə tapşırığı ilə bağlı yuxarıdakı qeydinin vergi ödəyicilərinin işinin asanlaşdırıması kimi qəbul etmək olar. Çünki ödəniş təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan mallar (iş, xidmətlər) üzrə bir neçə elektron qaimə-faktura üzrə olduğu halda ödəniş tapşırığında müqavilənin göstəricilərini qeyd etmək olar.
Mİsal 1. Vergi ödəyicisi olan marketlər şəbəkəsi 2022-ci ilin fevral ayında qarşı tərəfdən aldığı süd məhsullarına görə 20 sayda elektron qaimə-fakura qəbul edib. Vergi ödəyicisi ayın sonunda ödənişi həyata keçirərkən, həmin 20 sayda elektron qaimə-fakturanın seriyası və nömrəsini yox, tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsini qeyd edə bilər.
Mİsal 2. Vergi ödəyicisinin qarşı tərəflə bağladığı müqaviləyə əsasən, konsaltinq şirkəti təşkilatın işçilərinə 1 il ərzində təlim keçəcək. 2022-ci ilin fevral ayında cəmi bir dəfə təlim keçirilib və elektron qaimə-faktura təqdim edilib. Vergi ödəyicisinin qarşı tərəflə müqavilə müddəti uzunmüddəti olmasına baxmayaraq, ödənişi həyata keçirilərkən elektron qaimə-faktura ilə bağlı göstəricilərin qeyd olunması məqsədəuyğundur.
Mİsal 3. Vergi ödəyicisi işçilərin içməli su təminatının ödənilməsi üçün qarşı tərəflə müqavilə imzalayır. Şirkət ay ərzində 8 dəfə 19 litrlik su balonlarını təqdim etdikdən sonra, 8 ədəd elektron qaimə-faktura təqdim edib. Bu halda vergi ödəyicisi ödəniş tapşırığına təqvim ayı ərzində ödənilən məbləğlər üzrə elektron qaimə-fakturanın göstəricilərini yox, müqavilə haqqında məlumatları daxil edə bilər.
Bir məsələni xüsusi olaraq vurğulayaq ki, ödəməni həyata keçirən şəxs tərəfindən ödəniş tapşırığında elektron qaimə-faktura üzrə məlumatların daxil edilməsi məqsədəuyğun hesab oluna bilər. Vergi orqanının gələcək dövrlər üçün hazırladığı fəaliyyət planlarına əsasən, bank məlumatları ilə AVİS proqramı təminatı arasında inteqrasiya aparılacaq. Həmin inteqrasiyanın nəticəsində əlavə dəyər vergisi bəyannaməsində əvəzləşdiriləcək məbləğlər avtomatik olaraq hesablanacaq. Bu halda vergi ödəyicisinin əvəzləşdirmə üçün elektron qaimə-fakturanın göstəricilərini əllə qeyd etməsinə ehtiyac qalmayacaq. O səbəbdən də, vergi ödəyiciləri tərəfindən elektron qaimə-faktura üzrə məlumatların ödəniş tapşırıqlarında qeyd edilməsi, gələcəkdə həyata keçiriləcək avtomatlaşdırma işinə hazırlıq kimi qiymətləndirilə bilər.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın