Bazar qiymətinin müəyyənləşdirilməsinin 4 misalla izahı

Bazar qiymətinin müəyyənləşdirilməsinin 4 misalla izahı

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.

Mİsal 1. Vergi ödəyicisinin qarşı tərəflə bağladığı alqı-satqı müqaviləsinə əsasən, təqdim olunan malların dəyəri 10000 manat qeyd edilib. Bu zaman vergi orqanının hər hansı başqa əsasları olmadığı halda həmin qiyməti əsas götürüləcək.

Mİsal 2. Vergi ödəyicisi anbarında təmir işləri həyata keçirməsinə baxmayaraq, hər hansı sənədləşmə aparmayıb. Bu zaman vergi orqanı xidmətin hesablanması üçün bazar qiymətini əsas götürəcək.

Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən,  Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər (Transfer qiyməti əsas götürülən şəxslər) arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 

- Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda (Maddə 14.3.1.);

Mİsal 2. Vergi ödəyicisi qarşı tərəflə bağladığı barter müqaviləsinə uyğun olaraq satdığı 40 000 manatlıq tikinti mallarının əvəzinə həmin dəyərdə elektrik avandanlıqlarının alınmasını həyata keçirir. Proses zamanı mallar təqdim olunsa da, ödəniş həyata keçirilmir. Mümkündür ki, başqa barter müqaviləsi ilə alqı-satqı zamanı, malların barteri ilə yanaşı, hər hansı ödəniş də olunsun. Təcrübədə barter müqaviləsi ilə təqdim edilən malların qiymətlərində süni qiymət dəyişmələri halları olduğu üçün, vergi orqanına səlahiyyət verilib ki, bu halda bazar qiyməti tətbiq etsin. Barter əməliyyatları zamanı bazar qiyməti müəyyənləşdirilərkən, ilk növbədə hər iki vergi ödəyicisinin eyni malların satış zamanı müəyyənləşdirdiyi qiymətlər əsas götürülür.

Mİsal 3.  Vergi ödəyicisi 230 000 manatlıq malların idxal əməliyyatını həyata keçirib. Təcrübədə bəzi vergi ödəyiciləri malların invoys dəyərindən aşağı məbləğ qeyd edirlər ki, gömrük ödənişləri, ƏDV və digər icbari ödənişləri az ödəsinlər. Bu zaman təbii ki, vergi orqanı statistik dəyərin müəyyənləşdirilməsindən istifadə etməklə, malların real dəyərini təyin edirlər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər