Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda malın maya dəyəri üzrə hesablama necə aparılır?
Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə
Mümkündür ki, gömrük orqanı vergi ödəyicisinin gətirdiyi malın idxal dəyəri ilə razılaşmasın. O halda vergi orqanı gömrük qanunverciliyinin tələblərinə uyğun hesablama aparmaq hüququna malikdir.
Mİsal. Vergi ödəyicisi bir ədədinin dəyəri 3 dollar olan 500 ədəd mal idxal edib. Gömrük orqanı iddia edir ki, malın dəyəri 3 dollar yox, 5 dollardır. Bu halda idxal olunan malın gömrüklə bağlı hesablamaları aşağıdakı kimi olacaq:
Malların gömrük dəyəri - 2 500 dollar (5 dollar x 500) x 1,7 manat (məzənnə) = 4 250 manat;
Malların gömrük rüsümü - 4 250 manat x 10 faiz = 425 manat;
Gömrük haqqı - 120 manat;
ƏDV hesablanacaq gömrük dəyəri – 4250 + 425 + 120 = 4 795 manat;
ƏDV məbləği – 4 795 manat x 18 faiz = 863,10 manat.
Hesab edək ki, malın daşınma xərci 600 manatdır.
Malın maya dəyərini müəyyənləşdirmək üçün gömrük dəyəri yox, invoys dəyəri əsas götürüləcək:
Malın bir ədədinin maya dəyəri = (2550 manat (malın invoys dəyəri – 3 dollar x 500 ədəd x1,7 məzənnə) + 425 manat (gömrük rüsumu) + 120 manat (gömrük haqqı)+ 600 manat (daşınma xərci)) / 500 (malların sayı) = 7, 39 manat.
Malın gömrük dəyərini hesablasaydıq, o halda maya dəyəri fərqli olacaqdı:
Malın bir ədədinin maya dəyəri = (4250 manat (malın gömrük dəyəri) + 425 manat (gömrük rüsumu) + 120 manat (gömrük haqqı) + 600 manat (daşınma xərci))/ 500 (malların sayı) = 10, 79 manat.
Göründüyü kimi, malın gömrük və invoys dəyəri üzrə hesablamalar apardıqda, alış dəyərində 3,40 manat (10,79 manat – 7,39 manat) fərq yaranır.
Bu isə həmin mal üzrə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərində 1700 manat fərq yaradır ki, nəticədə vergi ödəyicisi 340 manat manat (1700 manat x 20 faz) az vergi ödəməli olur.
Əgər malları idxal edən şəxs ƏDV ödəyicisi deyilsə, o zaman malın dəyəri aşağıdakı kimi olacaq:
Malın 1 ədədinin maya dəyəri = (2550 manat (malın invoys dəyəri) + 425 manat (gömrük rüsumu) + 120 manat (gömrük haqqı) + 600 manat (daşıma xərci) + 863,10 manat (ƏDV) ) / 500 (malların sayı) = 9, 116 manat
Vergi orqanının bu məsələyə yanaşması Vergi Məcəlləsinin 139.2-ci maddəsinə əsaslanır. Həmin maddəyə əsasən, əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
Bu səbəbdən də, vergi orqanı tələb edir ki, vergi ödəyicisi idxal etdiyi malı gömrük yox, invoys dəyəri ilə uçota alsın.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın