Ezamiyyəyə gedən işçinin əmək haqqı ümumi qaydada hesablandıqda, işəgötürənə inzibati cərimə tətbiq edilir?
Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə
Əmək Məcəlləsinin 179-cu maddəsinin “x” bəndinə əsasən, işçi yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə işçiyə orta əmək haqqı hesablanmalıdır. Ezamiyyədə olan işçi şikayət edərsə ki, onun ezamiyyədə olduğu günlərə görə xüsusi hesablama olmayıb, yəni əmək haqqı ümumi qaydada hesablanıb, dövlət qurumu tərəfindən işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə görə inzibati cərimə hesablana bilər?
Mİsal. İşçi 11 aprel 2022-ci il tarixdə 5 günlük ezamiyyəyə gedib. İşçinin aylıq əmək haqqı 600 manat təşkil etdiyindən, işəgötürən işçinin ezamiyyədə olduğu müddət üzrə əlavə hesablama aparmadığından ona aylıq 600 manat əmək haqqı ödəyib. İşçi iddia edir ki, 5 günlük ezamiyyə haqqı hesablandığı halda mart ayında daha çox əmək haqqı almaq imkanına malikdir. Belə ki, aprel ayında işçinin iş gününə düşən əmək haqqı 28,57 manat ( (600 manat (əmək haqqı) / 21 iş günü (aprel ayı üzrə iş günlərinin sayı) təşkil etdiyi halda, Əmək Məcəlləsinin 177-cu maddəsinə uyğun olaraq 1 iş gününə düşən orta əmək haqqı 32,43 manat (600 manat (fevral ayı üzrə əmək haqqı) + 600 manat (mart ayı üzrə əmək haqqı))/ (20 iş günü (fevral ayı üzrə iş günlərinin sayı) + 17 iş günü (mart ayı üzrə iş günlərinin sayı)) təşkil edir. Beləliklə, işçiyə ezamiyyədə olan iş günlərinə görə 19,30 manat ((32, 43 manat (ezamiyyəyə görə Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq hesablanan 1 günlik orta əmək haqqı) – 28, 57 manat (ümumi qaydada bir iş günə hesablanan əmək haqqı)) x 5 iş günü (ezamiyyə günlərinin sayı) artıq ödəmə yaranır.
İşçi şikayət etdiyi halda Dövlət Əmək Müfəttişliyi Xidməti əmək haqqının düzgün hesablanmamasına görə işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə hesablaya bilər.
Ezamiyyə günlərinə görə əmək haqqının fərqli hesablanmasının səbəbi nədir?
Həmkarlarımız üçün maraqlıdır, Əmək Məcəlləsinin 179-cu maddəsinin “x” bəndinə əsasən, işçi yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə, ona orta əmək haqqı hesablanması niyə əmək qanunvericiliyində xüsusi olaraq nəzərə alınıb. İşçiyə əmək haqqı ödənilməklə yanaşı, onun gündəlik, nəqliyyat və yaşayış (mehmanxana) xərcləri qarşılanırsa, o zaman Əmək Məcəlləsində niyə fərqli yanaşma olmalıdır?...
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın