Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi üzrə maliyyə sanksiyasının 2 dəfə artılmasının səbəbi

Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi üzrə maliyyə sanksiyasının 2 dəfə artılmasının səbəbi

Satışı davam edən "Vergi Məcəlləsi. Ümumi hisssənin izahı" (II nəşr) kitabından seçmə

Əvvəlcə maliyyə sanksiyasının tətbiqini 2021-ci ildə misal üzərində nəzərdən keçirək.
Mİsal 2. Vergi orqanı vergi ödəyicisinin 20 000 manatlıq xərci rəsmiləşdirməməsini müəyyən edib. Vergi ödəyicisinin illik gəliri 90 000 manat, uçota alınan xərcləri isə 44 000 manat olduğu üçün o, 9 200 manat ((90 000 manat - 44 000 manat) x 20 faiz) mənfəət vergisi hesablayıb. Vergi orqanı 2000 manat (20 000 manat x 10 faiz) maliyyə sanksiyası hesablamaqla yanaşı, vergi ödəyicisinin mənfəət (gəlir) bəyannaməsinə də düzəliş edir. Düzəliş nəticəsində vergi ödəyicisinin mənfəəti 5200 manat ((90 000 manat - 44 000 manat - 20 000 manat) x 20 faiz) təşkil edəcək ki, bu da onun təqdim etdiyi mənfəətdən 4000 manat (9 200 manat - 5 200 manat) azdır.

Misaldan göründüyü kimi, vergi ödəyicisinə 20 000 manatlıq xərci rəsmiləşdirməməsinə görə 2 000 manat (20 000 manat x 10 faiz) maliyyə sanksiyası tətbiq edilib. Həmin 20 000 manatlıq xərcin gəlirdən çıxılması zamanı tanınması halında vergi ödəyicisinin dövlət büdcəsinə ödəyəcəyi vergi 4 000 manat (20 000 manat x 20 faiz) azalacaq. Misaldan göründüyü kimi, vergi ödəyicisinin tətbiq etdiyi maliyyə sanksiyasının məbləği (2 000 manat), azadılmış mənfəət vergisindən (4 000 manat) iki dəfə azdır.
Fikrimizcə, ikinci misalda qeyd edilən mənfi fərqin yaranmaması üçün Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi üzrə sanksiyasının məbləği 10 faizdən 20 faizə artırılıb. İndi isə misallar üzrə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinin tələblərini nəzərdə keçirəcək.
Mİsal 2. Vergi ödəyicisi mebel istehsalı ilə məşğul olur. Məlum olur ki, vergi ödəyici dövr ərzində 40 000 manatlıq mebel satışını həyata keçirsə də, istehsalda istifadə edilən taxta materiallarının uçotunu həyata keçirməyib. Vergi orqanı mədaxili rəsmiləşdirilməyən taxta materiallarının alış qiymətinə, alış qiymətini müəyyənləşdirmək mümkün olmadıqda topdansatış qiymətinə uyğun hesablama həyata keçirəcək və 20 faiz miqdarında maliyyə sanksiyası tətbiq edəcək.
Mİsal 3. Vergi ödəyicisi meyvə şirəsinin istehsalı ilə məşğul olur. Vergi orqanı keçirdiyi səyyar vergi yoxlaması zamanı müəyyən edir ki, 2022-ci il tarixdə fəalyyətə başlayan vergi ödəyicisi 1000 ədəd 1 litrlik butılka və etiket alıb, 1000 litr meyvə şirəsi istehsal edib, ancaq cəmi 200 ədəd 1 litrlik butılkada meyvə şirəsi təqdim etdiyini rəsmiləşdirib.
Yoxlama dövründə vergi ödəyicisində 350 ədəd butılka və etiket qalmasını nəzərə alan vergi orqanı gəlirin uçotunun aparılmamasına görə vergi ödəyicisinə uçotu aparılmayan gəlirin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edəcək.
Mİsal 4...

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı 

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər