İlkin Lələyevin təqdimatında: Ezamiyyə xərcləri ilə bağlı YENİ DƏYİŞİKLİK
Ezamiyyə xərclərinə dair qanunvericiliyin tələbləri ilə bağlı maraq doğuran sualları “vergiler.az” üçün mühasib İlkin Lələyev şərh edir.
Vergi Məcəlləsinin 108.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.
Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları" haqqında qərarına əsasən, indiyə qədər ezamiyyə xərclərinin təsdiqedici sənədləri olmasa da, bu xərclərin tam məbləğdə ezamiyyə xərci kimi tanınmasına imkan verilirdi. Vergi Məcəlləsinə son dəyişikliklə təsdiqedici sənədlər olarsa, xərclərin tam məbləğdə ezamiyyə xərci kimi tanınacağı qeyd olunub. Təsdiqedici sənədlər olmadıqda isə ümumi ezamiyyə normasının 20 faizinin (gündəlik xərclər) tam məbləğdə, ezamiyyə normasının 80 faizinin (mehmanxana xərcləri) isə 50 faizinin gəlirdən çıxılmasına imkan verilir.
Misal: Bakı şəhərinə ezamiyyətə göndərilmiş işçi 1 gün ezamiyyədə olmuş, mehmanxanada qalmasına aid təsdiqedici sənəd əldə etməmişdir. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həmin şəxsə 90 manat ezamiyyə məbləği ödənilir. Gəlirdən çıxılan xərc isə bu cür hesablanır:
90 x 20% = 18 manat
90 x 80% x 50% = 36 manat
18 + 36 = 54 manat.
Beləliklə, nəzərdən keçirdiyimiz misalda 54 manat ezamiyyə xərcinin gəlirdən çıxılması mümkündür. Yerdə qalan 36 manat isə gəlirdən çıxılmayan xərc hesab edilir və bölüşdürülməmiş mənfəətdən azaldılır.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
5 Komment
Ehmed 21 Fevral 2022
Salam.rayona ezam olunan isci eger otel ceki teqdim etmese nece manat alacaq?Evvel gunu 65 nanat idi.önceden tedekkur edirem
Vüqar 21 Fevral 2022
Salam. Hər vaxtınız xeyir olsun. Bu deyişiklikler ne vaxtdan qüvveye minir?
Rehman 22 Fevral 2022
Demeli 36 manatdan da gelir vergisi tutulmalıdır?
Niyaz 23 Fevral 2022
Salam ezamiyyə xərclərinin normaları haqqında qərain 1.1 bəndi 27 yanvar 2021-ci il tarixdən ləğv olunduğundan mənim fikrimcə əmr və norma daxilində olan ezamiyyə(vərəq) xərci tam nəzərə alınaraq xərcdən çıxılmalıdı.
Kamran 23 Fevral 2022
Niyaz bəy, 2021-də siz deyən olub. 2022-ci ildən yeni dəyişikliklər qüvvədədir. Rehman bəy, 36 manatdan dəlir vergisi tutulmayacaq.Ehmed bəy, 65 manatdan sənəd təqdim olunmasa aşağıdakı kimi olacaq. 65x 0.20 = 13 AZN 65-13 = 52 AZN 52 x 0.50 =26 AZN 13+26 = 39 AZN xərcə salınacaq 65-39 = 26 AZN - isə bölüşdürülməmiş mənfəətdən cıxılacaq.
Şərh yazın