Anar Bayramovun təqdimatında: Cari vergi ödəmələrinin hesablanmasında fərqli yanaşma
Vergi Məcəlləsinə son dəyişikliklərin bir istiqaməti də cari vergi ödəyicilərinin işinin asanlaşdırılmasını nəzərdə tutur. Mövzunu “vergilər.az” üçün iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.
Cari vergi ödəmələrinin hesablanması ilə bağlı qanunvericilik 3 üsul təklif edir
1. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil etməsi (Maddə 151.1);
2. Cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirməsi (Maddə 151.2);
3. Təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanması (Maddə 151.5).
Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan 151.5-ci maddəsini əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyiciləri tətbiq edirdi. Bunlara öncəki il sadələşdirilmiş vergi ödəyicisi olan və ya hesabat ilində mənfəət (gəlir) vergisi ödəyicisi olan şəxsləri misal olaraq göstərmək olar.
Vergi Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, əvvəlki vergi ilində vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri də Vergi Məcəlləsinin 151.5-ci maddəsini tətbiq etməyə borcludur. Bununla əlaqədar olaraq, 151.5-ci maddəsinin müvafiq bəndlərinə “və ya vergi tutulan mənfəəti (gəliri)” sözləri əlavə edilib.
Bu dəyişikliyin səbəbləri nədir?
Əvvəlki vergi ilini zərərlə başa vuran vergi ödəyicisi növbəti ilin rüblərində mənfəətlə işləsə də, ondan cari vergi ödəmələrini həyata keçirmək tələb edilmir. Çünki vergi ödəyicisi Vergi Məcəlləsinin 151.1-ci maddəsi üzrə cari vergi ödəməsini seçərsə, ötən il zərərlə işlədiyi üçün rüblük ödənişdə mənfəətin ¼-ni müəyyənləşdirmək mümkün olmur. Vergi ödəyicisi Vergi Məcəlləsinin 151.2-ci maddəsini seçdikdə isə ötən vergi ili üzrə mənfəət vergisi olmadığından xüsusi çəki müəyyənləşdirmək alınmır.
Göründüyü kimi həm Vergi Məcəlləsinin 151.1-ci, həm də 151.2-ci maddələri üzrə cari vergi ödəmələrini hesablayarkən, rüb üzrə cari vergi ödəməsi formalaşmır. Bu səbəbdən də vergi orqanı ötən il zərərlə işləyən vergi ödəyicilərinin Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun cari vergi ödəməsinin hesablanması tələbini müəyyən edib.
Misal 1: Kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisi 2021-ci ili 20.000 manat məbləğində zərərlə başa vurub. Vergi ödəyicisinin 2022-ci ilin birinci rübündə gəlirləri 30.000 manat, xərcləri isə 10.000 manat olub. Vergi ödəyicisinin Vergi Məcəlləsinin 151.5-ci maddəsi üzrə arayışında 20.000 manat mənfəət (gəlir) göstərildiyi üçün o, 4.000 manat məbləğində cari vergi ödəməsini aprel ayının 15-dək dövlət büdcəsinə ödəməlidir.
Misal 2: Orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin 2021-ci il üzrə zərəri 50.000 manat olub. 2022-ci ilin yekunlarına görə mənfəəti 30.000 manat olduğu üçün vergi ödəyicisi 2022-ci ildə 6.000 manat cari vergi ödəməlidir. Mümkündür ki, vergi ödəyicisi 2022-ci ilin mənfəətini 2021-ci ilin zərərinə aid etdiyi üçün mənfəət vergisi bəyan etməsin. Bu halda 2022-ci il ərzində ödənilən 6.000 manat məbləğində cari vergi ödəməsi mənfəət vergisi üzrə artıq ödəmə hesab ediləcək.
Misallarla bağlı bir məqamı qeyd etmək istəyirik ki, Vergi Məcəlləsinin 151.5.2-ci maddəsi vergi ödəyicisinə rüb ərzində hesabladığı cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmayan hissəsini ödəməyə imkan verir.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın