Teymur İslamlının təqdimatında: Çatdırılma şirkətlərinin vergi öhdəliyi
Pandemiyadan miras qalan davranışlardan biri də yeməklərin evə, ofisə sifariş edilməsidir. Bəs bu zaman xidmətlər neçə rəsmiləşdirilir? Nəzarət-kassa aparatı çeki kimin adından təqdim edilməlidir – restoranın, yoxsa vasitəçi (kuryer) şirkətin? Suallara "Good Finance" MMC-nin vergi məsləhətçisi Teymur İslamlı aydınlıq gətirir.
Son dövrlərdə ayrı-ayrı çatdırılma (kuryer) şirkətləri (“Wolt”, “Bolt” və s.) vasitəsilə kafe və restoranlardan yemək sifarişi geniş yayılıb. Bu zaman vergi qanunvericiliyi baxımından müştərilərə nəzarət-kassa aparatı çekinin təqdim edilməsi ilə bağlı suallar və fikir ayrılığı yaranır. Müştəri tərəfindən ödəniş mobil telefon və ya kompüterlə, plastik kartla edilir və ya çatdırılma şirkətinə qapıda nağd şəkildə verilir. Toplanmış vəsait isə kuryer şirkəti tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisinin bank hesabına köçürülür.
Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərinə əsasən, nəzarət-kassa aparatı tətbiq etmək ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vəzifələrinə aiddir. Yəni bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri yeməklərin və s. təqdim edilməsinə görə nəzarət-kassa aparatı çeki verməlidirlər. Burada suallar ortaya çıxır:
- kuryer şirkəti tərəfindən bank vasitəsilə köçürülən məbləğlər nəzərə alınarsa, nəzarət-kassa aparatına mədaxil olunan məbləğlər satış dövriyyəsində təkrarlanacaqmı?
- bu zaman ikiqat vergitutma halının yaranmaması üçün hansı addımlar atılmalıdır?
Yuxarıda qeyd edildiyi kimi, nəzarət-kassa aparatı tətbiq edilməsi ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vəzifəsi olduğundan müştərilərə göndərilən yeməklərə görə çek verilməlidir. Bu həm də istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin tələbləri baxımından vacibdir.
Əməliyyatların ikiqat vergiyə cəlb edilməməsi baxımından vergi ödəyicilərinə hesabat dövrləri üzrə təkrarlanan dövriyyələr barədə vergi orqanlarına məlumat verilməsi vacibdir. Eyni zamanda, bu cür əməliyyatlar üzrə çatdırılma şirkətlərinə Vergi Məcəlləsinin 71-1.5.4-cü maddəsində göstərilən “Malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə” növündə elektron qaimə-faktura təqdim edilməsi tövsiyə olunur.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın