Vergi ödəyicisi vətəndaşla xidmət müqaviləsi bağladıqda vergi öhdəliyini həmin şəxsin üzərinə qoya bilər?
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi Məcəlləsinin 150.1.1 və 150.1.2-ci maddələrinə əsasən, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən vergi ödəyiciləri ödəmə mənbəyində vergi tutmalıdılar. Gəliri əldə edən işçi olsa da, verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə vergi ödəyicisi məsuliyyət daşıyır.
Mİsal 2. Vergi ödəyicisi vətəndaşla dəyəri 400 manat olan xidmət müqaviləsi bağlayır. Vergi ödəyicisi müqavilədə qeyd edir ki, həmin gəlirə görə yaranmış vergi öhdəliyinin həyata keçirilməsi vətəndaşın vəzifələrinə aid edilir. Vergi ödəyicisinin müqavilədə bu cür bəndi qeyd etməsi vergi qanunvericiliyinə ziddir.
Çünki Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergi tutmağa borcludur.
Həmçinin, Vergi Məcəlləsinin 92-ci maddəsinə əsasən, ödəmə mənbəyində verginin tutulmamasına və ya büdcəyə köçürülməməsinə görə məsuliyyət ödəməni həyata keçirən şəxsin üzərinə qoyulur.
Mks.az saytının növbəti ödənişli tematik Təlimi: “İş vaxtının cəmlənmiş uçotu: A-dan Z-yə”
Azərbaycanda ilk dəfə, bu mövzuda misallarla bütün mümkün variantların izahı!
Tarix: 04 dekabr 2021-ci il, saat 15:00
Təlimin keçirilmə yeri: Caspian Plaza
Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya