Vergi ödəyicilərinin vergi uçotundan çıxması necə həyata keçirilməlidir?

Vergi ödəyicilərinin vergi uçotundan çıxması necə həyata keçirilməlidir?

Əksər vergi ödəyiciləri vergi uçotundan çıxması üçün təkcə ərizənin verilməsini kifayət hesab edir və qalan öhdəlikləri ilə maraqlanmırlar və yaxud bu barədə məlumatlı deyillər. Vergi mütəxəssisi Dilqəm Göyüşov fiziki şəxsin vergi uçotundan çıxarılması (VÖEN-nin ləğv edilməsi) üçün müraciət qaydası və bununla bağlı yerinə yetirilməli olan digər prosedurlar barədə verilən suallara aydınlıq gətirib:

Fiziki şəxsin vergi uçotundan çıxarılması hansı hallarda mümkündür?

Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

- fəaliyyətinə xitam verildikdə;

- məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;

- vəfat etdikdə.

Bunun üçün fiziki şəxs 1-ci addım kimi kağız daşıyıcıda “Fiziki şəxsin uçotdan çıxarılması haqqında” Ərizə formasını dolduraraq vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə (VÖEN) ilə birgə qeydiyyatda olduğu vergi orqanına xidmət mərkəzləri vasitəsilə və ya poçt vasitəsilə təqdim etməlidir.

Onu da nəzərinizə çatdıraq ki, qeyd olunan Ərizə internet vergi idarəsinin (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq” bölməsi vasitəsilə də onlayn qaydada göndərilə bilər.

Ancaq təkcə Ərizə verməklə fiziki şəxslərin vergi uçotu ləğv olunmur. Prosesi tamamlamaq üçün aşağıda qeyd olunan öhdəlikləri də icra etmək vergi ödəyicilərinin qarşısına vəzifə kimi qoyulub. Yəni, bu öhdəliklərdən hər hansı birinin, yaxud heç birinin yerinə yetirilməməsi VÖEN-in ləğv olunmamasına əsasdır.

Həmin öhdəliklər aşağıdakılardır:

- vergi ödəyicisi ƏDV qeydiyyatındadırsa, qeydiyyatın ləğv edilməsi üçün Ərizə təqdim edilməli;

- vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) varsa həmin təsərrüfat subyektinin uçotdan çıxarılması üçün Ərizə təqdim edilməli;

- vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış nəzarət-kassa aparatı olduqda onun qeydiyyatdan çıxarılması üçün Ərizə təqdim edilməli;

- vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış POS-terminalı olduqda onun qeydiyyatdan çıxarılması üçün Ərizə təqdim edilməli;

- fiziki şəxsin aktiv bank hesabları bağlanılmalı;

- müraciətin edilməsi tarixinə, fiziki şəxsin dövlət büdcəsinə borcu ödənilməli;

- təqdim edilməmiş bəyannamələri (hesabatları) vergi orqanına təqdim edilməli;

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan aktiv əmək müqavilələri ləğv edilməlidir.

Odur ki, yalnız qeyd edilən öhdəliklər icra edildikdən sonra fiziki şəxs vergi uçotundan çıxarılır və ona verilən VÖEN uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.

Mənbə: vergiler.az

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər