Vergi ödəyicisinin son 6 ay üzrə göstəricilərində hansı uyğunsuzluq olduqda, riskli vergi ödəyicisi hesab edilir?

Vergi ödəyicisinin son 6 ay üzrə göstəricilərində hansı uyğunsuzluq olduqda, riskli vergi ödəyicisi hesab edilir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilən “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın üçüncü hissəsinin “ə” bəndində qeyd edilir ki, Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda riskli vergi ödəyicisi hesab edilə bilər.

Qərarın bu bəndi vergi ödəyiciləri arasında birmənalı qarşılanmayıb. Çünki vergi ödəyicisinin qeyd edilən müddətdə satışının aşağı olmasına təsir edirən başqa amillər (fövqəlqadə hallar (pandemiya və s.), satış bölməsinin zəif göstəriciləri və s.) mümkündür. Ümid edirik ki, vergi orqanı maddənin tələbləri ilə bağlı hallara həssas yanaşacaq ki, əlavə sənəd dövriyyəsinə ehtiyac yaranmasın.

Mİsal. Vergi ödəyicisi son 6 ayda 120 000 manatlıq mallar əldə etsə də, həmin dövr ərzində 30 000 manatlıq mallar təqdim edib. Bu halda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilə bilər, çünki müvafiq dövr üzrə malların mədaxili və təqdim edilməsi dövriyyələri arasında 3 dəfədən artıq fərq yaranır.

Təbii ki, vergi orqanının belə qənəatə gəlməsi üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrin (gəlir, mənfəət, sadələşdirilmiş və s.) müvafiq əlavələrinin göstəricilərinə diqqət yetirməsi vacibdir.

Qərarın bu bəndindən çıxış etsək, əgər bir vergi ödəyicisi son 6 ay ərzində, tutaq ki, 1000 manatlıq mal əldə edib və həmin dövrdə 300 manatlıq mal təqdim edibsə, bu zaman onun barəsində riskli ödəyici olması ilə bağlı qərar çıxarılacaq. Təsərrüfat obyekti ilə bağlı qeyd etdiyimiz vəziyyətlə burda da rastlaşırıq. Əvvəla, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir vergi ödəyicisinin əsas məqsədi daha çox mal satmaq və nəticədə gəlir götürməkdən ibarətdir. Az mal satmaq, məntiqi olaraq heç vaxt təsərrüfat subyektinin marağında ola bilməz. Burada iki potensial halın olması mümkündür:

Əldə edilmiş mallar hər hansı bir səbəbdən satıla bilmir;

Əldə edilmiş mallar sənədləşdirilmədən satılır.

Birinci hal vergi ödəyicisinin iradəsindən asılı olmayaraq baş verir və burada heç bir qanun pozuntusu yoxdur və hər hansı mənfi hüquqi nəticələrə səbəb olmamalıdır.

İkinci hal isə yuxarıdakı bəndlə bağlı şərhdə qeyd etdiyimiz kimi, qanunvericiliklə sanksiyalaşdırılıb və təsdiqlənmədiyi halda əlavə məhdudlaşdırıcı tədbirlərə gərək yox idi.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər