Vergi ödəyicisinin hesabat audit rəyi əlavə etmək vəzifəsidir?

Vergi ödəyicisinin hesabat audit rəyi əlavə etmək vəzifəsidir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə         

- vergi orqanlarına bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilməklə, vergi hesabatını, habelə bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən hər bir şəxs üzrə transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə arayışı təqdim etmək (Maddə 16.1.4.)

Vergi ödəyicisi vergi mükəlləfiyyətinə uyğun olaraq hesabatları təqdim etməlidir. Sual yarana bilər ki, vergi ödəyicisi hansı hallarda auditor rəyi nəzərə alınmaqla vergi hesabatını təqdim etməlidir? Mülki Məcəllənin 91.4-cü maddəsinə uyğun olaraq, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor (kənar audit) cəlb etməlidir.  Bundan əlavə, Mülki Məcəllənin  107.6-cı maddəsinə əsasən,  bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.  Qeyd edək ki, məhdud məsuliyyətli cəmiyyətlərdə olduğu kimi, açıq səhmdar cəmiyyətlərində də kənar audit keçirilməsi məsələsində mikro və kiçik sahibkarlıq subyektlərinə istisna mövcuddur.

Vergi Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq, vergi orqanının vəzifələrinə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda ondan auditor rəyini tələb etmək də şamil olunub. Təcrübədə vergi orqanı kənar audit keçirilməsi şərt olan vergi ödəyicilərindən auditor rəyi tələb edir.

Bir məsələni qeyd edək ki, vergi orqanı əsasən səhmdar cəmiyyətlərdən auditor rəyini istəyir. Orta və iri sahibkarlıq subyektləri olan məhdud məsuliyyətli cəmiyyətlərdən istisna hallarda auditor rəyi tələb olunur.

Maddənin ikinci hissəsi transfer qiymətləri tətbiq edilən əməliyyatlara aiddir. Belə ki,  Məcəllənin 14-1.2-ci maddəsində göstərilən hər bir şəxs üzrə transfer qiymətləri əsas götürülməklə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair vergi orqanının müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə arayışı təqdim etməsi onun vəzifəsidir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər