Vergi ödəyicisinin ailə üzvləri dedikdə, kimlər nəzərdə tutulur? (Misallarla izah)

Vergi ödəyicisinin ailə üzvləri dedikdə, kimlər nəzərdə tutulur? (Misallarla izah)

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

13.2.7. Vergi ödəyicisinin ailə üzvləri:

Vergi Məcəlləsinin 13.2.7-ci maddəsənə əsasən, Vergi ödəyicisinin ailə üzvləri aşağıdakı şəxslər hesab edilir:

- ər-arvadlar (Maddə 13.2.7.1);

- valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr (Maddə 13.2.7.2); 

- vərəsələr (Maddə 13.2.7.3);

-  doğma (ögey) bacılar (qardaşlar) (Maddə 13.2.7.4);

- bacı və qardaş övladları (Maddə 13.2.7.5);

- ər-arvadların bacıları, qardaşları və valideynləri (Maddə 13.2.7.6);

- bacıların ərləri və qardaşların arvadları (Maddə 13.2.7.7);

- valideynlərin bacıları (qardaşları) (Maddə 13.2.7.8);

-  qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda (Maddə 13.2.7.9).

Vergi qanunvericiliyində vergi ödəyicisinin ailə üzvləri ilə bağlı bir necə tələb mövcüddur:

- Vergi ödəyicisinin ailə üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilir.

- Vergi Məcəlləsinin 18.2.5-ci maddəsinə əsasən Məcəllənin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilir.

Mİsal 1. Hüquqi şəxsin rəhbəri qardaşının mülkiyyətində olan obyekti satın alır. Göründüyü kimi, təsərrüfat əqdi vergi ödəyicisi və onun ailə üzvləri arasında aparıldığından bu əməliyyat qarşılıqlı surətdə asılı olan şəxslər tərəfindən həyata keçirilmiş hesab edilir. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən, vergi orqanı təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə bazar qiyməti tətbiq edilə bilər.  Bu halda mümkündür ki, daşınmaz əmlakın dəyəri süni surətdə artırılmaqla amortizasiya xərcləri də artırılmış olsun.

Vergi ödəyicisinin ailə üzvləri ilə bağlı təcrübədə daha çox rast gəlinən hala misal üzərində baxaq.

Mİsal 2. Fiziki şəxs 2 il qeydiyyatda olduğu danışmaz əmlakı ailə üzvü olan qardaşının övladına  bağışlayır. Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər şadələşdirilmiş vergi ödəyicisi hesab edilir. Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə uyğun olaraq, təqdimetmə zamanı müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur.

Bizim misalımızda notarius əmlakı təqdim edən şəxsə sadələşdirilmiş vergi tətbiq etməyəcək. Çünki Vergi Məcəlləsinə əsasən, hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri vergidən azaddır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər