Vergi orqanı fərdi sahibkarlara niyə “Sabit qəbz” bildirişi göndərir? (Araşdırma yazı)

Vergi orqanı fərdi sahibkarlara niyə “Sabit qəbz” bildirişi göndərir? (Araşdırma yazı)

Dünəndən başlayaraq vergi orqanı tərəfindən fərdi sahibkar olan bəzi vergi ödəyicilərinə aşağıdakı məzmunda bildiriş daxil olmağa başlayıb:

“ (VOEN:____________) Vergi orqanında aparılmış təhlillərə əsasən "Sabit qəbz" almaqla fəaliyyət göstərməli olduğunuzdan "Sabit qəbz" almaginiz Sizə tövsiyə olunur”.

Vergi Məcəlləsinin 218.4.4-ci maddəsinə əsasən,  fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, Vergi Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi hesab edilirlər.  Vergi Məcəlləsinin 220.10-cu maddəsinə qeyd edilən şəxslər fəaliyyətlərini sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödəməklə həyata keçirirlər. Bu tip vergi ödəyicilərinə ofisiant, pinəçi, bərbər, dərzi, saat təmirçisi və digər oxşar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar aiddir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinə yuxarıda qeyd olunan bildiriş göndərilibsə, demək həmin şəxs aşağıdakı göstəricilərə malikdir:

  • Hüquqi şəxs yox, fiziki şəxsdir;
  • Hər hansı bir işçisi yoxdur, yəni elekton informasiya sistemində hər hansı işçinin əmək müqaviləsini qeydiyyata alıdırmayıb;
  • Fəaliyyət növünün kodunda Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun fərdi xidmətlər qeyd olunub.

Böyük ehtimalla vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaq məcburiyyəti olan vergi ödəyicilərinin təsnifat kodları mövcuddur. Fikrimizcə, həmin fəaliyyət koduna uyğun gələn və işçisi olmayan fərdi sahibkarlar sabit qəbz almaqla fəaliyyətlərini həyata keçiriməlidirlər.

Məhz bu səbəbdən sabit qəbz üzrə fəaliyyətlərə uyğun sahibkarlıq fəaliyyəti göstərməyən amma, bu haqda bildiriş alan vergi ödəyiciləri onlayn kargüzarlıqın “Ərizə” bölməsindən “Fiziki şəxlərin məlumat dəyişikliyi ərizəsini” seçməlidirlər:

Bundan sonra vergi ödəyicisi fəaliyyət məlumatları üzrə kodu 7 rəqəmli koda uyğunlaşdırmaqla yanaşı, sabit qəbz tələb edilməyən fəaliyyət kodu seçməlidir:

Qeyd edək ki, yazının sonunda qoyulmuş link vasitəsilə 7 rəqəmli fəaliyyət kodlarını yükləyə bilərsiniz. Əvvəllər istifadə edilən 5 rəqəmli fəaliyyət kodları ilə müqayisədə 7 rəqəmli fəaliyyət kodları daha konkretdir. Vergi ödəyicisi fəaliyyətlə bağlı məlumat dəyişikliklərini göndərdikdən sonra, artıq vergi orqanı tərəfindən sabit qəbzlə hər hansı bildiriş daxil olmayacaq.

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər