Vergi elementlərinin (vergitutma obyekti, bazası və s.) misalla izahı
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
İndi isə misallar üzrə vergi elementlərini daha aydın izah edək.
Mİsal 1. Vergi ödəyicisi pərakəndə ticarətlə məşğul olur və sadələşdirilmiş vergi ödəyicisi hesab edilir. Vergi ödəyicisinin 2020-ci ilin 3-cü rübündə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatı 40 000 manat olub. Misalımıza uyğun olaraq, verginin müəyyən edilməsi üçün vergitutma elementləri aşağıdakı kimi müəyyən edilir:
- vergitutma obyekti
Misalımizda sadələşdirilmiş verginin vergitutma obyekti vergi ödəyicisinin təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatdır.
- vergitutma bazası
Misalımızda vergitutma obyekti vergi ödəyicisinin təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə etdiyi ümumi hasilat olduğu üçün, vergitutma bazası 40 000 manat olacaq. Çünki vergitutma bazası vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.
- vergi dövrü
Misalımıza uyğun olaraq, vergi dövrü 2020-ci ilin 3-cü rübü hesab ediləcək.
- vergi dərəcəsi
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olunan vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi dərəcəsi 2 faiz (müvəqqəti vergi rejimi dövründə 1 faiz) təşkil edir.
-verginin hesablanması qaydası
Sadələşdirilmiş verginin hesablanması üçün vergitutma bazasını vergi dərəcəsinə vurmaq lazımdır. Misalımıza uyğun olaraq sadələşdirilmiş vergi 800 manat (40 000 (vergitutma bazası) x 2 faiz (sadələşdirilmiş verginin dərəcəsi)) təşkil edəcək.
- verginin ödənilməsi qaydası və müddəti
Vergi qanunvericiliyinə əsasən sadələşdirilmiş vergi hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir.
Mİsal 2. Vergi ödəyicisinin 2019-cu il üzrə mənfəəti 25 000 manat təşkil edib. Vergi ödəyicisinin mənfəət vergisi 5000 manat (25000 manat x 20 faiz) təşkil edib.
Misalımıza uyğun olaraq, vergitutma elementlərini müəyyən edək:
vergitutma obyekti – 2019-cü il üzrə mənfəət;
vergitutma bazası - 2019-cü il üzrə mənfəətin məbləği -25 000 manat ;
vergi dövrü – 2019-cü il;
vergi dərəcəsi – mənfəət vergisinin dərəcəsi – 20 faiz;
verginin hesablanması qaydası – mənfəət məbləğinin vergi dərəcəsinə hasili - 25000 manat x 20 faiz;
verginin ödənilməsi qaydası və müddəti – Vergi qanunvericiliyinə əsasən, mənfəət vergisi növbəti ilin 31 mart tarixinə kimi dövlət büdcəsinə ödənilməlidir.
2021-ci ilin may ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın