Vergi borcuna faiz hesablanmasında diqqət yetiriləsi 5 MƏQAM
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Vergi orqanı tərəfindən vergi ödəyicisinə vergilərin azadılması və bəyan edilməməsi zamanı ona maliyyə sanksiyası ilə yanaşı, digər məsuliyyət tədbirləri də tətbiq edilir. Həmin məsuliyyət tədbirlərindən biri faiz hesablanmasıdır.
Vergi Məcəlləsnin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində əlavə vəsait tutulur.
Maddədə faizlərin hesablanması üçün diqqət yetiriləsi 5 əsas məqam var.
Birinci məqam. Faiz hesablanması üçün iki mənbə var: vergi və ya cari vergi ödəməsi. Vergi haqqında kifayət qədər məlumat verdiyimizdən cari vergi ödəməsi haqqında məlumat vermək istəyirik.
Cari vergi ödəmələri gələcəkdə hesablanacaq vergi üçün avans şəklində edilən dövri ödənişlərdir. Vergi Məcəlləsinə əsasən, cari vergi ödəmələri mənfəət (gəlir) və əmlak vergiləri üçün hesablanaraq dövri olaraq ödənilir.
İkinci məqam. Vergi ödəyicisi ödənişləri gecikdirdikdə, faiz hesablanması həyata keçirilir. Məcəllədə də qeyd edilir ki, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə faiz hesablanır.
Misal üçün, sadələşdirilmiş verginin ödənilmə müddəti hesabat rübündən sonrakı ayın 20-ə kimidir, ƏDV və əmək haqqıdan gəlir vergisi isə hesabat ayından sonrakı ayın 20-ə kimi ödənilməlidir. Mənfəət (gəlir) vergisi üzrə cari vergi ödəmələrinin son müddəti hesabat dövründən sonrakı ayın 15-ə kimidir. İllik hesablanan mənfəət (gəlir) vergisi hesabat ilindən sonrakı ilin 31 mart tarixinə kimi ödənilməlidir. Vergi ödəyicisi qeyd edilən müddətə qədər vergiləri ödəmədiyi halda faiz hesablanması həyata keçirilir.
Üçüncü məqam. Hesablanan faiz məbləği vergi ödəyicisinin və ya vergi agentinin ödənilməmiş vergi və ya cari vergi ödəməsinin 0,1 faizini təşkil edir.
Dördüncü məqam. Ödənilməyən faiz və ya maliyyə sanksiyasına faiz hesablanmır, yalnız ödənilməyən vergi və ya cari vergi ödəməsi olduğu halda AVİS proqramı tərəfindən faiz hesablanaraq şəxsi vərəqə qeyd edilir.
Beşinci məqam. Faiz 1 ildən çox olmayan müddətə hesablanır.
İndi isə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun qeyd etdiyimiz məqamları misallarla izah edək.
Mİsal 1. Vergi orqanı 2020-cü ilin 3-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsini 5 oktyabr 2020-ci ildə təqdim etdiyindən həmin tarixə 320 manat borcu yaranıb. Amma AVİS proqramı həmin vergi ödəyicisinə ötmüş günə görə faiz hesablamır, çünki 3-cü rüb üzrə sadələşdirilmiş verginin ödənilməsinin son tarixi 20 oktyabr 2020-ci il hesab edilir.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın