Dövlət qurumunda əmək haqqıdan tutulan icbari tibbi sığorta haqqı özəldən niyə çoxdur?

Dövlət qurumunda əmək haqqıdan tutulan icbari tibbi sığorta haqqı özəldən niyə çoxdur?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Bildiyimiz kimi, neft-qaz şirkətləri və dövlət qurumlarında əmək haqqıdan gəlir vergisi üzrə güzəşt nəzərdə tutulmayıb. Vergi Məcələsinin 101.1-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 8000 manata qədər aylıq gəlirlərindən gəlir vergisinin dərəcəsi 2019-cu il yanvarın 1-dən 7 il müddətində “0” olaraq müəyyən edilib. 

Maraqlıdır ki, 2021-ci ildə icbari-tibbi sığorta haqqına 50 faizlik güzəşt də neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinə (işəgötürənlərə) və onların işçilərinə şamil edilib.

Mİsal. Dövlət qurumunda və özəl sektorda - bankda çalışan iki işçinin əmək haqları bərabərdir, 1000 manatdır.

Dövlət qurumunda çalışan işçinin əmək haqqından icbari ödənişlər (gəlir vergisi, sosial ayırma, işsizlikdən sığorta, həmkarlari ittifaqına üzvlük və icbari tibbi sığorta) çıxıldıqdan sonra o, 813 manat əmək haqqı alır.

Bank sektorunda çalışan işçiyə isə icbari ödənişlər tutulduqdan sonra 899 manat əmək haqqı ödəniləcək.

Göründüyü kimi, eyni əmək haqqı alan, amma fərqli sektorlarda çalışan işçilərin əmək haqları arasında 86 manat (899-813) fərq yaranır.

 “Tibbi sığorta haqqında” Qanunda əmək haqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2021-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilməsində məqsəd özəl sektorunda əmək münasibətlərinin leqallaşdırılmasıdır.

Fikrimizcə, dövlət qurumlarında çalışan işçilərin əmək haqları üzrə icbari ödənişlərin çox olmasını nəzərə alaraq, həmin işçilərə də fərqli yanaşma tətbiq edilməsi daha məqsədəuyğun olardı.

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər