Vergi Məcəlləsində “əsas vəsaitlər” anlayışının izahı ilə bağlı 4 VACİB MƏQAM
Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
- 13.2.17. Əsas vəsaitlər
Vergi və Mühasibat qanunvericiliyində əsas vəsaitlərə yanaşma fərqlidir. Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, - istifadə müddəti bir ildən çox, dəyəri 500 manatdan yuxarı olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsait sayılır.
Vergi qanunvericiliyində maddi aktivin əsas vəsait hesab edilməsi üçün 4 şərt mütləqdir. Birincisi, istifadə müddəti bir ildən çox olmalıdır. Ola bilər ki, 1000 manat dəyərində maddi aktiv alınsın, amma istifadə müddəti bir ildən azdırsa, o, əsas vəsait hesab edilmir. Misal üçün, hər hansı avandanlığın dəyəri 500 manatdan çoxdursa, texniki istifadə müddəti 8 ay hesab edillir. Bu cür avandanlıqlar əsas vəsait hesab edilmir.
İkinci məqam odur ki, maddi aktivin dəyəri 500 manatdan çox olmalıdır. Mümkündür ki, hər hansı maddi aktivin istifadə müddəti 1 ildən çox olsun, amma dəyəri 500 manatdan az olsun. Bu halda həmin maddi aktivlər əsas vəsait hesab edilmir. Məsələn, kalkulyator, bəzi printerlər və s.
Üçüncüsü, həmin əsas vəsaitlərə mütləq Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun qaydada amortizasiya hesablanmalıdır. Misal üçün, Vergi Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlərə amortizasiya hesablanmır. Vergi qanunvericiliyinə əsasən, qeyd edilən maddi aktivlər əsas vəsait hesab edilmir.
Dördüncüsü, əsas vəsait maddi aktiv olmalıdır. Qeyri-maddi aktivlərə amortizasiya hesablansa da, onlar əsas vəsait hesab edilmir.
Mühasibat uçotu baxımından əsas vəsaitlərə münasibətdə konkret qiymət müəyyən edilməyib. Mümkündür ki, vergi qanunvericiliyindən fərqli olaraq əsas vəsaitin dəyəri 500 manatdan az olsun.
Mİsal Vergi ödəyicisi 450 manat dəyərində əmlak alıb. Həmin əsas vəsaitə amortizasiya hesablanaraq, gəlirdən çıxılan xərclərə aid edə bilər? Vergi qanunvericiliyinə əsasən, maddi aktivin dəyəri 500 manatdan yuxarı olduğu halda əsas vəsait kimi tanınır, o səbəbdən həmin əmlaka amortizasiya hesablanaraq həmin məbləğ gəlirdən çıxılan xərc kimi tanına bilməz. Amma mühasibat uçotu baxımdan həmin əmlak əsas vəsait kimi qəbul edilə bilər.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
1 Komment
Tuqar 01 İyul 2022
deyeri 500 -den az olan vesait esas vesait kimi muessisede ucota alinarsa bu vergi mecellesine uygun gelmir. Bu qayda pozuntuzu sayilirmi ?
Şərh yazın