Vergi ödəyicisinin anbarın sahəsi malların həcmi arasında uyğunsuzluq olduqda riskli vergi ödəyicisi hesab edilə bilər?
Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə
Meyarların üçüncü hissəsinin “d” bəndində qeyd edilir ki, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) riskli vergi ödəyicisi hesab edilə bilər.
Vergi ödəyicinin rəsmi sənədlərlə təsdiq olunan kifayət qədər malları olduqda və həmin mallara uyğun anbar olmadıqda və ya anbarın sahəsinin həcmi uyğun olmadıqa, o, riskli vergi ödəyicisi hesab oluna bilər. Bu bənddə istisna hal birbaşa sifarişçilərə təhvil verilən mallar üçün nəzərdə tutulub.
Mİsal 1. Vergi ödəyicisi başqa şəxsdən aldığı 120 000 manatlıq malların digər vergi ödəyicisinə çatdırılmasını təmin edir. Vergi ödəyicisi həmin malları sifariş əsasında birbaşa təqdim etdiyi üçün hər hansı iri həcmli anbara ehtiyac duymur. Bu halda, vergi orqanı vergi ödəyicisinə riskli vergi ödəyicisi kimi baxmayacaq və ondan hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim olunmasını istəyəcək.
İndi isə, hansı hallarda vergi ödəyicisinin anbarının olmamasına görə riskli vergi ödəyicisi hesab edilməsi hallarına aydınlıq gətirək.
Mİsal 2. Vergi ödəyicisi 300.000 manat məbləğində mal idxal edib. Vergi orqanı onun hər hansı anbara malik olmadığını müəyyən edir. Bu zaman vergi ödəyicisinin obyektinin olmaması riskli vergi ödəyicisi meyarlarına aid edilməsinə əsas verir.
Mİsal 3. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 200.000 manat dəyərində, litrlik meyvə şirələri təqdim edib. Vergi nəzarəti tədbirləri nəticəsində məlum olub ki, vergi ödəyicisinin anbar kimi təqdim etdiyi obyektin sahəsi cəmi 50 kvadrat metrdir. Bu zaman vergi ödəyicisinin riskli vergi ödəyicilərinə şamil olunması ehtimalı var.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın