Cari vergi ödəmələrinin hesablanması haqqında ARAYIŞ necə doldurulur? (2 HAL üzrə İZAH)

Cari vergi ödəmələrinin hesablanması haqqında ARAYIŞ necə doldurulur? (2 HAL üzrə İZAH)

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

İndi isə, “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışın Vergi Məcəlləsinin 151.2-ci maddəsinə uyğun doldurulmasını misallarla izah edək.
Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini cari rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.
Maddənin tələblərinə əsasən, vergi ödəyicisi Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən 2021-ci ilin cari rübləri üzrə “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışını təqdim etmək üçün 3 maliyyə göstəricisinə malik olmalıdır:
- 2020-ci il üzrə GƏLİR (xərclər nəzərə alınmamaqla);
- 2020-ci il üzrə Mənfəət və ya Gəlir VERGİSİ;
- 2021-ci ilin cari rübü üzrə GƏLİR (xərclər nəzərə alınmadan).

Misal 1. Orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin 2021-ci ilin 1-ci rübündə xərclər nəzərə alınmadan gəliri 40 000 manat və 2020-cu il ərzində ümumi gəliri isə 200 000 manat olub. 2019-cu ildə gəlirdən çıxılan xərclər 80 000 manat olduğu üçün mənfəət və ya gəlir vergisi 24 000 manat ((200 000 manat – 80 000 manat) x 20 faiz) təşkil edib.
Deməli, 2020-ci il üzrə mənfəət və ya gəlir vergisinin gəlirlərdə xüsüsi çəki əmsalı 0,12-dür (24 000 manat / 200 000 manat). Bu halda I rüb üzrə cari vergi ödəməsi 4 800 manat (40 000 manat (I rüb üzrə gəlir) x 0,12 (əmsal) olacaq.
Onlayn karguzarlıq vasitəsilə təqdim olunan “Cari vergi ödəmələrin hesablanması haqqında” arayışında göstəricilərinin yazılması növbəti səhifədəki kimi olacaq:
Bölmə 2. Cari vergi ödəmələrinin hesablanması
—-Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən———————-
290. Əvvəlki hesabat ilində ümumi gəlir: 200 000 (avtomatik qeyd edilir).
291. Əvvəlki hesabat ilində hesablanmış mənfəət (gəlir) vergisi: 24 000 (avtomatik qeyd edilir).
292. Əvvəlki hesabat ilində hesablanmış mənfəət (gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi - 12 (Avtomatik hesablayır)
293. Cari rübdəki ümumi gəlirin həcmi: 40 000 (daxil edilir)
294. Cari vergi ödəməsinin həcmi: 4800 (Avtomatik qeyd edilir)
Misal 1. Mikro sahibkarlıq subyekti olan vergi ödəyicisinin 2021-ci ilin 1-ci rübündə gəliri 4 000 manat və 2019-cu il ərzində ümumi gəliri isə 18 000 manat olub. Gəlirdən çıxılan xərclər və mikro sahibkarlıq subyektlərinə 75 faiz güzəştin olması səbəbindən 2019-cu il üzrə mənfəət və ya gəlir vergisi 1 200 manat təşkil edib.
Deməli, mənfəət və ya gəlir vergisinin gəlirlərdə xüsüsi çəki əmsalı 0,067-dür (1200 manat / 18 000 manat). Bu halda I rüb üzrə cari vergi ödəməsi 266,67 manat (4000 manat (I rüb üzrə dövriyyə) x 0,067 (əmsal) olmalıdır.
Amma vergi ödəyicisi mikro sahibkarlıq subyekti olduğundan gəlirlərinə 75 faiz güzəşt tətbiq edildiyi üçün, arayışda I rüb üzrə ödəməli olduğu cari ödəməsi avtomatik olaraq 66,67 manat (266,67 manat - (266,67 manat x 75%)) kimi təqdim edəcək.
Onlayn karguzarlıq vasitəsilə təqdim olunan “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışda göstəricilərin yazılması aşağıdakı kimi olacaq:
Bölmə 2. Cari vergi ödəmələrinin hesablanması
————Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən:——————
290. Əvvəlki hesabat ilində ümumi gəlir: 18 000 (avtomatik qeyd edilir).
291. Əvvəlki hesabat ilində hesablanmış mənfəət(gəlir) vergisi: 1 200 (avtomatik qeyd edilir).
292. Əvvəlki hesabat ilində hesablanmış mənfəət(gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi: 6,6667 (avtomatik hesablayır).
293. Cari rübdəki ümumi gəlirin həcmi: 4 000 (daxil edilir).
294. Cari vergi ödəməsinin həcmi: 266,67 (avtomatik hesablayır).
295. VM-nin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tələbləri nəzərə alınmaqla cari vergi ödəməsinin həcmi: 66,67 (avtomatik hesablayır).

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər