Elektron ticarət qaydasında aparılan əməliyyatlar zamanı hansı vergi öhdəliyi yaranır? (MİSALLARLA İZAH)

Elektron ticarət qaydasında aparılan əməliyyatlar zamanı hansı vergi öhdəliyi yaranır? (MİSALLARLA İZAH)

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Elektron ticarət zamanı verginin tutulması 1 yanvar 2017-ci il tarixdən başlayaraq Vergi Məcəlləsində və “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununda edilən dəyişikliklərə əsasən həyata keçirilir. Elektron ticarətlə bağlı vacib məqamlar aşağıdakılardır:

Elektron ticarət zamanı aparılan əməliyyatlar üzrə vergi öhdəlikləri yalnız iş və xidmətlərin alınması zamanı yaranır.

Vergi Məcəlləsinin 169.3-cü maddəsində qeyd edilir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Həmçinin, 169.1-ci maddədə qeyd edilir ki, elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər vergitutma obyekti hesab edilmir.

Mİsal 1. Əliyev Turan plastik kartından istifadə etməklə, “Wizz Air” travel şirkətindən Bakı-Budapeşt reysi üzrə 150 avro ödəməklə bilet əldə edib, həmçinin Vyanada otel xidməti üçün də 300 avro ödəniş edib. Bu halda elektron ticarət üzrə əməliyyatdan ƏDV hesablanmır.

Mİsal 2. Əliyev Turan “Facebook” səhifəsində reklam yerləşdirdiyi üçün kart hesabından 50 avro xidmət haqqı tutulub. Bu zaman, vergi agenti ödəmə mənbəyində vergini hesablamaqla yekun məbləğdən 10 avro ((50 avro / 0,90) x 18 faiz)) ƏDV hesalayacaq və Turanın kartından tutaraq dövlət büdcəsinə ödəyəcək.

Mİsal 3. Əliyev Turan Türkiyənin “Kığılı” firmasından 2 ədəd köynək alır. Bu zaman fiziki şəxs tərəfindən mallar alındığı üçün ƏDV məbləği hesablanmır.

Sual oluna bilər ki, niyə mal aldıqda ƏDV tutulmur, amma xidmət haqlarına ƏDV hesablanır. Mallar alındıqda onlar gömrük məntəqələrindən keçirilərək ölkəyə gətirilir. Əgər gömrük orqanları malların sahibkarlıq məqsədilə gətirilməsini müəyyən edərsə, o zaman qanunvericiliyin tələblərinə uyğun olaraq, vergi və gömrük rüsumları tətbiq olunacaq. Amma xidmətlər üçün belə nəzarət mexanizmi yoxdur.

Elektron ticarət zamanı 18 faiz yox, 10 faiz vergi ödəmək mümkündür.

Əvvəlcə baxaq, elektron pul kisəsi nədir? Elektron pul kisəsi dedikdə, fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən bank və ya kredit təşkilatı sayılmayan proqram təminatı başa düşülür.

Vergi Məcəlləsinin 125.1-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Mİsal. Əliyev Araz elektron pul kisəsinə 120 dollar ödəniş edir və sonra həmin elektron pul kisəsi vasitəsilə sayt üçün hostinq xidməti haqqı ödəyir. Bu zaman Vergi Məcəlləsinin125.1-1-ci maddəsinə əsasən elektron hesaba köcürülən məbləğdən ödəmə mənbəyində 10 faiz, yəni 12 dollar (120 dollar x 10 faiz) vergi tutulur. Amma Əliyev Araz birbaşa kart hesabından hostinq xidməti üçün xaricə vəsait ödəsə, o zaman 18 faiz ƏDV də hesablanacaq.

Xarici banklardakı hesablar üzrə aparılan əməliyyatlardan vergi tutulmur.

Elektron ticarət zamanı vergi agenti qismində yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları iştirak edir. Xarici banklar vergi agenti kimi çıxış edə bilməz.

Mİsal. Əzimov Fəqan Gürcüstanda yerləşən TBC bankda hesab açır və həmin bank kartı üzərindən “İnstagram”dakı reklam üçün xidmət haqqı ödəyir. Bu zaman ödənilən vəsaitdən 18 faiz ƏDV və ya 10 faiz ödəmə mənbəyində vergi tutulmur.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər