Kameral vergi yoxlaması 30 iş gündən sonra da həyata keçirilə bilər?

Kameral vergi yoxlaması 30 iş gündən sonra da həyata keçirilə bilər?

SABAHDAN satışda olacaq "Vergi Məcəlləsi. Ümumi hissənin izahı" kitabından seçmə

Vergi Məcəlləsinin 37.2-ci maddəsinin ikinci abzasına əsasən, bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 
İlk növbədə, müddət başa çatdıqdan sonra kameral vergi yoxlaması haqqında məlumat verək, sonra isə bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə məsələsinə aydınlıq gətirərik.

Misal 4. Vergi ödəyicisi 20 oktyabr 2020-ci il tarixdə vergi bəyannaməsi təqdim edir. Vergi orqanı tərəfindən 20 dekabr 2020-ci il tarixdə vergi ödəyicisi tərəfindən verilmiş həmin bəyannamə üzrə kameral vergi yoxlaması göndərilə bilməz. Çünki bəyannamə təqdim edildikdən 30 iş günü sonra kameral vergi yoxlaması həyata keçirilə bilməz.
Amma bu o anlama gəlmir ki, vergi orqanı 30 iş günü bitdikdən sonra həmin bəyannamə üzrə hər hansı sənəd tələb etmək hüququna malik deyil. Çünki Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 
Vergi Məcəlləsinin 37.2-1-ci maddəsi kameral vergi yoxlaması başa çatdıqdan sonraki prosesləri tənzimləyir.
Misal 1. Vergi ödəyicisi 20 iyul 2020-ci il tarixdə 2020-ci ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini təqdim edib. Vergi orqanı 30 sentyabr 2020-ci il tarixdə məlumat əldə edir ki, vergi ödəyicisinin işçisinin 2020-ci ilin ikinci rübünə təsadüf edən may ayında həyatın yığım sığortası üzrə müqaviləsi 3 ildən tez müddətdə ləğv olunmasına baxmayaraq, vergi ödəyicisi bu haqda bəyannamədə qeyd aparmayıb. Təbii ki, vergi orqanı bəyannamə təqdim olunan müddətdən 30 iş günü keçdiyi üçün kameral yoxlama həyata keçirə bilməz. Bu halda artıq vergi orqanı 5 iş günü müddətində vergi ödəyicisinə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi barədə Bildiriş” forması göndərir. Həmin bildiriş formasında bəyannamə və hesabatın növü, dövrü və tipi göstərilməklə yanaşı, hansı sənəd(lər) əsasında dəqiqləşdirilmiş bəyannamənin və əlavə sənədlərin istənilməsi də qeyd olunmalıdır. Vergi orqanının bildiriş göndərilməsinə səbəb olan (istinad edilən) mənbə rəsmi olmaldır, bu halda hər hansı qeyri-rəsmi mənbəyə istinad edilməsinə yol verilmir. Vergi ödəyicisi 10 iş günü ərzində dəqiqləşdirilmiş bəyannaməni təqdim etməlidir.

1 Komment

  1. Əli 20 Yanvar 2021

    Salam hər vaxtınız xeyir. Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) kitabının mündəricatını göndərə bilərsinizmi?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər