Xəstəlik üçün müavinət necə hesablanır və icbari ödənişlərə necə cəlb olunur?
Satışı bitən "Vergi uçotu: A-dan Z-yə" kitabının "Əmək müqavilələrinin rəsmiləşdirilməsi qaydası, işəgötürən və işçinin vergi və sosial öhdəlikləri" bölməsindən seçmə
“Əmək haqqı” bölməsində toxunacağımız mühüm məsələlərdən biri də əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə verilən müavinətin hesablanması və icbari ödənişlərə cəlb olunması qaydasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli ,189 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.
Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancın həmin dövrdəki iş günlərinin sayına bölünməklə tapılır.
Müavinətin ümumi məbləği, gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması yolu ilə tapılır.
Misal. Tutaq ki, işçi Məmmədov Murad Arif oğlu 22 aprel 2020-ci ildən 9 may 2020-ci il tarixinə kimi (18 günlük) əmək qabiliyyətini müvəqqəti itirib, daha doğrusu, xəstələnib və xəstəlik vərəqəsini təşkilata təqdim edib. Onun aprel 2019 - mart 2020-ci il (son tam 12 aylıq) dövrünün əmək haqqı 7800 manat təşkil edir, iş stajı isə 14 ildir.
İlk növbədə müəyyənləşdirməliyik ki, aprel 2019 - mart 2020-ci il tarixinə kimi olan dövrdə neçə iş günü var. Tutaq ki, bu müddət ərzində 288 iş günü var. Bunu müəyyənləşdirdikdən sonra artıq aydınlaşdırmalıyıq ki, gündəlik qazanc nə qədərdir. Gündəlik qazancı hesablamaq üçün 12 ayın əmək haqqı (7800 manat) iş günlərinin cəminə (288) bölünməlidir: 7800 manat / 288 = 27,08 manat.
Üçüncü addım isə ilk 14 təqvim günündə neçə iş günün olmasını müəyyənləşdirməkdir. Bu rəqəm ona görə tapılır ki, Əsasnaməyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında ilk 14 təqvim gününün müavinətini müəssisə, qalan günləri isə DSMF orqanları ödəyir. İlk 14 təqvim günü 22 aprel 2020-ci ildən 5 may 2020-ci ilədək olan dövrə düşür və bu müddətdə 10 iş günü var. Deməli, hesablayacağımız 14 iş günündən 10 iş gününün müavinətini müəssisə ödəyəcək. Bu halda müavinətin 270,80 manatını (27,08 manat gündəlik qazanc x 10 iş günü) müəssisə, 108,32 manatını isə (27,08 manat gündəlik qazanc x 4 iş günü) DSMF orqanları ödəməlidir.
İcbari ödənişlərə gəlincə isə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlərə gəlir vergisi üzrə GÜZƏŞT NƏZƏRDƏ TUTULMAYIB. Amma, “Sosial Sığorta haqqında’ və “İşsizlikdən sığorta haqqında’ AR Qanunlarına əsasən, müəssisənin hesabladığı müavinət üzrə sosial ayırma və işsizlikdə sığorta hesablanmır. DSMF tərəfindən ödəniləcək məbləğdən gəlir vergisini isə ödəyən şəxs - yəni, dövlət sosial müdafiə orqanı tutaraq dövlət büdcəsinə ödəyəcək.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)
adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
14 Komment
canan 14 Yanvar 2021
Salam.menim 28il stajim var.6ay Liq bulletendeyem.xestelik vereqesi alib is yerune teqdim etmisem.14gundu.menim miavinetim nece gune verile biler?xahis edirem cavablandurasiniz
Elnur baxseliyev 05 Mart 2021
Salam menim xestiliy vereqesi teqdim etmiwe yanvar fevral ayi ucun niye odenmir yubanmagin sebebi nedi xaiw edirem mumkunse oduyesiniz beri bawdan tewekur edirem
Elnur baxseliyev 05 Mart 2021
Salam menim xestiliy vereqesi teqdim etmiwe yanvar fevral ayi ucun niye odenmir yubanmagin sebebi nedi xaiw edirem mumkunse oduyesiniz beri bawdan tewekur edirem
Gülsüm 13 Aprel 2021
Salam.Mövsümü işçilər sadəcə 5-6 ay işləyir və əmək haqqı alır.Onlarda xəstəlik vərəqəsi hesablanarkən 12 aylıq iş günləri götürülür?
Arzu 04 May 2022
Salam hörmətli həmkarlar. Belə bir sualım var: İşçinin əsas iş yeri Siyəzən Peşə Məktəbi-dir, əvəz olaraq isə Siyəzən rayon orta məktəblərinin birindədir. İşçi xəstəliklə əlaqədar xəstəlik vərəqəsi təqdim edib. Bu halda digər məktəbdən aldığı məvacib (təhsil şöbəsindən son 12 ayın ə/h barədə arayış təqdim edilib) nəzərə alınmalıdırmı?
Ağcabədi GEM 25 May 2022
salam. 13 aprel 2022-ci -08 may 2022-ci il tarixə kimi.Xahiş edirem xəstəlik vərəqəsinin hesablanması
Ramil 15 Avqust 2022
Salam mən herbiciyem hosbitalda və semaska xəstəxanasinda yatmışam 50 gün coviden bizde necə hesablanır
Nubar 30 Sentyabr 2022
Salam men 5 aydi isleyirem idi qezaya dusmusem ve 2 hevdelik buluten acilacag ve mene xesdelik mulu dusurmu .?
Rauf 03 Yanvar 2023
Beli. Evvelki is yerlerinden arayis teqdim edirler.
ŞAKİR 10 Yanvar 2023
QOHUMUM AAY AGENTLİYİNDƏ İŞLƏYİB.İYUN AYINDA AÇIQ ÜRƏK ƏMƏLİYYATI KEÇİRİB.7 AYDIR İŞLƏMİR,XƏSTƏXANA İKİ AYDAN ARTIQ XƏSRƏLİK KAĞIZI VƏRMİR,NƏYƏ GÖRƏ?
Lala 12 Yanvar 2023
İlk 14 təqvim günü 22 aprel 2020-ci ildən 5 may 2020-ci ilədək olan dövrə düşür və bu müddətdə 10 iş günü var. Deməli, hesablayacağımız 14 iş günündən 10 iş gününün müavinətini müəssisə ödəyəcək. Bu halda müavinətin 270,80 manatını (27,08 manat gündəlik qazanc x 10 iş günü) müəssisə, 108,32 manatını isə (27,08 manat gündəlik qazanc x 4 iş günü) DSMF orqanları ödəməlidir. 108.32 DSMF nəyə əsasən ödəyir??
Əliyeva xacey 12 Yanvar 2023
Salam bülletenin hesablanması aydındı mən 2022 il may ayının 10-20 tarixlerde bülletende olmuşam mayın 1-9 ve 21-31 tarixlerdeki günlerin pulu necə hesablanır xahiş edirəm izah edin
əşrəfova Gülsüm 17 Fevral 2023
12 yanvar 2023 cü il tarixdən 27 yanvar 2023-cü il tarixədək xəstəlik vərəqəsi təqdim olunub.İşçı mövsümü işçidir.bilmək istəyirəm bu işçiyə xəstəlik pulu ödəniləcəkmi. idarədə iş stajı 1 ay 29 gündür.
Ibrahim 05 Mart 2023
Salam. Xestelik vereqi ucun hesablanmish emek haqqindan hansi vergi tutulmalarl olur? Bilmek isterdim edv vergisi tutulur ?
Şərh yazın