Riskli vergi ödəyicisi və riskli əməliyyatların meyarları niyə fərqləndirilir? (1-ci yazı)
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun 28 iyul 2020-ci il tarixli, 265 saylı qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ı təsdiq edilib.
Mks.az saytı olaraq həmin qərarla bağlı araşdırma yazıları təqdim edirik.
Qaydalarda riskli vergi ödəyiciləri ilə bağlı iki meyar əsas götürülüb: Riskli vergi ödəyicisinin və riskli əməliyyatların meyarları.
Meyarlara keçmədən öncə bölgü haqqında bildirmək istərdik ki, vergi orqanı riskli əməliyyatları təhlillər zamanı aşkarlanmaq imkanı olsa da, bəzi riskli vergi ödəyiciləri meyarlara uyğunluğunu müəyyən etmək üçün vergi nəzarəti (operativ vergi və səyyar vergi yoxlamaları) tədbirlərini həyata keçirməlidir.
- Riskli vergi ödəyicisinin meyarları
Açıqlama: Birinci meyarda vergi ödəyicisinin riskli əməliyyat aparmaması ilə yanaşı hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi müəyyən edilir.
Misal. Vergi ödəyicisi dövrü olaraq topdansatış fəaliyyəti həyata keçirsə də, səyyar vergi yoxlamaları zamanı müəyyən olunub ki, vergi ödəyicisinin obyektinin sahəsi satışın səviyyəsinə uyğun olmayaraq kiçik həcmlidir. Göründüyü kimi, vergi ödəyicisi malların təqdim edilməsi zamanı birbaşa riskli əməliyyat həyata keçirməyib, amma obyektin həcmi ilə satış dövriyyəsi arsında uyğunsuzluq həmin vergi ödəyicisinin riskli vergi ödəyicisi olmaq ehtimalını yaradır.
- Riskli əməliyyatların meyarları.
Açıqlama: Adından göründüyü kimi, bu meyarlar vergi ödəyicisinin apardığı əməliyyatın riskli olması hallarından yarana bilər.
Misal. Vergi ödəyicisi satış üçün ancaq geyim malları əldə etməsinə baxmayaq, digər vergi ödəyicilərinə təqdim edilən elektron qaimə-fakturalarda tikinti materialları satması müəyyən edilib.
Sonda bir məsələni qeyd edək ki, bu meyarlara əsasən riskli əməliyyatları həyata keçirənlər birbaşa olaraq riskli vergi ödəyicisi hesab edilir.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın