Fərdi sahibkarlarin təqdim etdiyi Vahid Bəyannamənin "qara bəxti" açılacaqmı?

Fərdi sahibkarlarin təqdim etdiyi Vahid Bəyannamənin "qara bəxti" açılacaqmı?

Bu gün yəni 20 iyul 2020-ci il tarixi fərdi sahibkarların 2020-ci ilin II rüb üzrə vahid bəyannaməni təqdim etməsi üzrə son tarixdir. "Sosial sığorta haqqında" AR Qanununa edilən dəyişikliyə əsasən, fərdi sahibkarların sosial ayırmalarında dəyişikliklər baş verib. 

Məlumat üçün bildirək ki, "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabında "Sosial sığorta haqqında" AR Qanununa olan dəyişikliklətin geniş izahı verilib. Qeyd edək ki, Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının:

- Bakı şəhərində 100 faizi;

- Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

- digər şəhərlərdə 80 faizi;

- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

= kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Daxil olan müraciətlərə əsasən deyə bilərik ki, fərdi sahibkarlar olan vergi ödəyiciləri “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini (hesabatını)” təqdim etdikdə, aylar üzrə sosial ayırma dəyişikliklərdən öncəki qaydada hesablanır.

Bakı şəhərində fəaliyyət göstərən fərdi sahibkar üçün 2020-ci ilin aprel, may və iyun ayları üzrə aylıq 37,50 manat (250 manat (minimum əmək haqqı) x 15 faiz) hesablanmalı olduğu halda, vahid bəyannamə avtomatik olaraq 62,50 manat ((250 manat (minimum əmək haqqı) x 25 faiz) hesablayır. Bu hesablama nəticəsində vergi ödəyicisinin aprel, may və iyun ayları üzrə şəxsi vərəqədə hər ay üzrə 25 manat (62,50 manat - 37,50 manat) sosial ayırma borcu yaranırdı.

Bu səbəbdən vergi ödəyicilərinin vahid bəyannaməsini təqdim edilməsinə məhdudiyyət qoyuldu və aşağıdakı formada bildiriş təqdim olundu:

Mks.az saytının apardığı araşdırmaya əsasən, sosial qanunvericiliyə edilən dəyişikliklərlə bağlı vahid bəyannaməyə edilən texniki proseslər başa çatmayıb. Bu səbəbdən də, vergi ödəyicilərini maraqlandıran üç məsələ var. 

1) Vergi orqanı vergi ödəyicisinə bəyannamənin təqdim edilməməsinə görə maliyyə sanksiyası hesablanacaq?  

Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Amma indiki hal vergi orqani tərəfindən yaradılan texniki problem olduğu üçün maliyyə sanksiyası hesablanmayacaq.

2) Vergi ödəyicisi bəyannaməni kağız formada təqdim etməlidir?

Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.

Maddədən göründüyü kimi, vergi ödəyicisi kağız formada hesabat göndərilməsinə hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. O səbəbdən də, vergi ödəyicisi istər kağız istərsə də, elektron formada hesabatı təqdim edə bilər. Yəni, vergi ödəyicisi hesabatın təqdim olunmasında göndərmə üsulu seçməsində sərbəstdir.

3) Fərdi sahibkar olan vergi ödəyicisi hesabatı təqdim edilməsində hansı addım atmalıdır?

Qeyd etmək istərdik ki, 2020-ci lin II rübündə fəaliyyəti olub-olmamasından asılı olmayaraq fərdi sahibkarlar hesabatı təqdim edə bilmirlər. Fikrimizcə, vergi ödəyiciləri bəyannamədəki texniki problemin aradan qaldırılmasını gözlədikdən sonra vahid bəyannaməni təqdim etsinlər. Vergi orqanlarından aldığımız məlumata görə, hesabatın növbəti dövrlərdə təqdim edilməsinə görə cərimə hesablanması nəzərdə tutulmayib.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı satışda

 
 
 
 
 
 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər