Anar Bayramovun təqdimatında: Mallar geri qaytarıldıqda ƏDV-nin qaytarılması mexanizmi necə işləyir?
Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portalda (www.edvgerial.az) artıq 264 min nəfər qeydiyyatdan keçib. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2020-ci ilin may ayı ərzində vətəndaşlar tərəfindən 2,9 milyondan çox kassa çeki barədə məlumat portalda qeydə alınıb. Həmin çeklər üzrə 207,8 min manat ƏDV məbləği geri ödənilib. Həmin məbləğlər istehlakçıların elektron kabinetindəki virtual "pul qabı"na yerləşdirilib.
Qeyd edək ki, qanunvericiliklə istehlakçıların aldıqları malı müəyyən səbəblərdən geri qaytarması hüququ tanınıb. Bəs bu halda ƏDV-nin geri alınması mexanizmi necə işləyir? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.
Bu halla bağlı 3 məqamı nəzərdən keçirək:
Birinci məqam: Alıcı malı aldığı tarixdən 30 gündən gec olmayaraq geri qaytarır.
Vergi ödəyicisi istehlakçının 10 aprel 2020-ci il aldığı 400 manatlıq malı 20 aprel 2020-ci ildə geri qaytarır. Bu zaman vergi ödəyicisinin ödənişi ləğv edilir və bu əməliyyat nəticəsində istehlakçının "edvgerial.az" portalındakı çekinin statusu "Gözləyən"dən "Ləğv olunan"a keçirir.
İkinci məqam: Alıcı malı aldığı tarixdən 30 gün sonra geri qaytarır.
İstehlakçı nağd aldığı 200 manatlıq malı geri qaytarır. Bu alğı-satqı üçün vergi ödəyicisinə 3,05 manat ƏDV-nin qaytarılması nəzərdə tutulub və istehlakçının "edvgerial.az" portalındakı çekinin statusu "Qaytarılan"dır.
Bu zaman, vergi ödəyicisi istehlakçıya malın tam dəyərini yox, qaytarılan ƏDV çıxılmaqla, yəni 196,95 manat (200 manat – 3,05 manat) ödəməlidir.
Üçünçü məqam: Alıcı aldığı malı başqa bir malla dəyişdirir.
Bu zaman, iki fərqli vəziyyət yarana bilər: mal daha ucuz və ya daha yüksək qiymətə dəyişdirilə bilər.
Vergi ödəyicisi alıcının nağd şəkildə 100 manata aldığı malı 80 manatlıq malla dəyişdirdikdə ödənişi istehlakçıya fərqi çıxmaqla qaytarmalıdır. 100 manatlıq və 80 manatlıq mala görə qaytarılan ƏDV məbləği müvafiq olaraq 1,52 manat və 1,22 manat təşkil edir. O səbəbdən, dəyişdirilmə zamanı, vergi ödəyicisinə 20 manat yox, 19,70 manat (20 manat - (1,52 manat - 1,22 manat)) qaytarılmalıdır.
Misallardan göründüyü kimi, malların geri qaytarılması və ya dəyişdirilməsi hallarında vergi ödəyicisi ilə yanaşı, mühasiblər də prosesə nəzarət etməlidirlər ki, yekunda hər hansı kənarlaşma baş verməsin.
Fərqanə ALLAHVERDİQIZI
Vergiler.az
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı
ARTIQ SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın