DƏYİŞİKLİK: Əksər vergi ödəyiciləri niyə fərqli uçot aparmağa məcbur olacaqlar? (3-cü yazı)

DƏYİŞİKLİK: Əksər vergi ödəyiciləri niyə fərqli uçot aparmağa məcbur olacaqlar? (3-cü yazı)

Xəbər verdiyimiz kimi, koronavirus pandemiyasının mənfi təsirinə məruz qalmış sahələrdə çalışan bir sıra vergi ödəyiciləri üçün vergi və sosial güzəştlər nəzərdə tutulub. Mks.az-ın ekspertləri "Vergi Məcəlləsi"nə dəyişiklikləri şərh edir.

Qeyd etdiyimiz kimi, Vergi Məcəlləsinə "XVIII fəsil. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı fəslin əlavə olunması nəzərdə tutulur. Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərin yeni fəsillə tənzimlənməsi planlaşdırılır.

Vergi Məcəlləsinə təklif edilən 222.4-cü maddəyə əsasən,  Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutualan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.

Misal. Mikro sahibkarlıq subyekti olmayan və hazırlıq (tədris) kurslarının keçirlməsi məşğul olan vergi ödəyicisi həmçinin də tərcümə xidmətini həyata keçirir.  Bu halda vergi ödəyicisi Vergi Məcəlləsinə təklif edilən əmlak, mənfəət və icarə haqqından ödəmə mənbəyindən vergi üzrə güzəştlərini yalnız kursla bağlı fəaliyyətə aid edəcək. Amma tərcümə xidməti üzrə vergi öhdəliklərini güzəşt tətbiq olunmadan yəni ümümi qaydada həyata keçirəcək. Bu səbəbdən vergi ödəyici hər fəaliyyət üzrə uçotu ayrıca aparmalıdır. 

Zəruru qeyd edik:  Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyiciləri aşağıdakılardır:

-  avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən, taksi ilə) fəaliyyəti;

-  yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

- turoperator və turagent fəaliyyəti;

-  sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;

-  ictimai iaşə fəaliyyəti;

-  sərgilərin təşkili, səhnə, istirahət  və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

-  idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

-  hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;

-  koronavirus pandemiyasının yayılıması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).

 Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 1 aprel 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı mayın 5-dən satışda 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər