Fərdi sahibkar YENİ vahid bəyannaməni necə tərtib etməlidir? (MİSALLA İZAH)
Anar Bayramovun müəllifi olduğu, yaxın günlərdə satışa çıxaracaq “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə
Kitabın öncəki səhifələrdə məlumat verdiyimiz kimi, 2020-ci ilin I rübündən etibarən "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi", "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat", "İşsizlik sığortası üzrə rüblük hesabat" və "İcbari tibbi sığorta üzrə rüblük hesabat" formaları birləşdirilərək, yeni vahid "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib. O səbəbdən də, işçisi olmayan fərdi sahibkarlar da məcburi dövlət sosial sığorta bəyannaməsi üzrə göstəriciləri üzrə vahid hesabat forması üzrə təqdim etməlidir.
Xidmət sahəsində fəaliyyət göstərən fərdi sahibkar 2020-ci ilin I rübü üzrə hesabatının təqdim edilməsini qaydasını izah edək:
1) İlk öncə e-taxes.gov.az saytından "Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə" bölməsi seçilməlidir:
2) Proqram təminatına daxil olduqdan sonra "Yeni bəyannamə" bölməsi seçilməlidir:
3) İlk olaraq, ümümi bölmədə bəyannamə və hesabatın növü, fəaliyyətin sosial və vergi üzrə kodları qeyd edilir.
Zəruri qeyd: Əgər vergi ödəyicisinin hesabat dövrü üzrə fəaliyyəti olmayıbsa, o zaman "Arayış hesabatı" bölməsində "Bəli" cavabı seçməlidir. Bu zaman hesabat boş bəyannamə olaraq qəbul ediləcək.
4) Növbəti bölmədə vergi ödəyicisinə iki seçim verilir.
a) "Əlavə et" düyməsindən istifadə etməklə məlumatları daxil etmək
Bu zaman açılan pəncərə üzrə aylar üzrə fəaliyyətin olub-olmaması qeyd edilməlidir:
Zəruri qeyd: Əgər vergi ödəyicisinin hər hansı dövrə fəaliyyəti olmayıbsa, o zaman "fəaliyyəti olmayıb" düyməsinin sıxmaq lazımdır. Misal üçün, vergi ödəyicisinin I rübün ikinci yəni fevral ayında fəaliyyəti olmayıbsa, o zaman aşağıdakı formada qeyd aparılmalıdır.
Şəkildən göründüyü kimi, vergi ödəyicisi fevral ayında fəaliyyətini olmadığını qeyd etməsi səbəbindən həmin dövr üçün 62,50 (250 manat (minimum əmək haqqı) x 25 faiz) manat məcburi dövlət sosial sığorta haqqı hesablanmayıb.
b) Şablon excel formatından yükləməklə göstəricilərin daxil edilməsi
İkinci variant odur ki, vergi ödəyicisi nümünəvi excel formasını yükləməklə məlumatları daxil edir. Bu zaman şəkildə görünən işarəni sıxmaq lazımdır.
Nümünəvi excel faylına lazımı göstəricilər daxil edilərək proqram təminatına yüklənilir.
Vergi ödəyicilərinə tövsiyyəmiz odur ki, fərdi sahibkarların hesabatları zamanı birinci variant üzrə yəni proqram təminatında qeyd etməklə məlumatları daxil etsinlər. Nümünəvi excel faylından daha çox əmək haqqı ilə bağlı hesabat zamanı istifadə edilməsi məqsədəuyğundur.
5) Yekun göstəricilərə baxış
Növbəti bölmə artıq sonuncu bölmə hesab oluna bilər ki, bu zaman daxil edilən göstəricilər üzrə avtomatik hesablamalar əks olunur.
6) Növbəti bölmədə hesabat qaralama hissəsinə düşür və öncəki hesabatlarda olduğu kimi "Yoxla" düyməsini sıxmaqla hesabatın yoxlanaraq vergi orqanına təqdim olunması prosesi yekunlaşdırılır.
Qeyd edək ki, kitabın "Əmək haqqı" bölməsində işçilərin əmək haqqısı üzrə göstəriciləri üzrə hesabatın təqdim olunması da izah olunub.
1 Komment
Kəmalə 23 İyul 2020
salam men fiziki şəxs və onun işçisini nece ede bilerem
Şərh yazın