Gəlir vergisi bəyannaməsi necə doldurulmalıdır? (Misallarla izah)
Anar Bayramovun müəllifi olduğu, yaxın günlərdə satışa çıxaracaq “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə
Vergi Məcəlləsində edilən dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu ildən etibarən sadələşdirilmiş verginin əhatə dairəsi məhdudlaşdırılıb. Bu səbəbdən də, xidmət sektorunda fəaliyyət göstərən əksər fiziki və hüquqi şəxslər müvafiq olaraq gəlir və ya mənfəət vergisi bəyannamələrini təqdim etməlidirlər. 2019-cü il izrə illik olaraq təqdim edilən bəyannamələrin son təqdim etmə tarixi 31 mart 2020-ci il tarixi hesab edilir. Qeyd edək ki, bu tip vergi ödəyiciləri hər rübdən sonrakı növbəti ayın 15-nə kimi Cari vergi ödəməsi arayışı təqdim etməlidir.
Xidmət sahəsində fəaliyyət göstərən və mikrosahikbarlıq subyektinə aid olan fiziki şəxlər üzrə gəlir vergisi bəyannaməsinin doldurulması qaydasını izah edək.
Misal. Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən və mikro sahibkarlıq subyektinə aid edilən vergi ödəyicisinin 2019-cu ilin üzrə təqdim etdiyi xidmətlər üzrə gəliri 4 000 manat olub. Vergi ödəyicisi hər ay fərdi sahibkar kimi minimum əmək haqqı üzrə məcburi dövlət sosial haqqı ödəyib. Bundan əlavə, vergi ödəyicisinin 40 manat bank xərci olub.
Verilən göstəricilər əsasında fiziki şəxsin Gəlir vergisi bəyannaməsinin doldurulmasını həyata keçirək:
1) Vergi ödəyicisinin 4000 manatlıq gəliri “Hissə 1. Hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) bölməsinin 1200.2-ci saylı “İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir” sətrinə yazılmalıdır.
2) Fiziki şəxsin xərclərini “Hissə 2. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” bölməsində qeyd etmək lazımdır.
a) 2019-cu il ərzində minimum əmək haqqı üç fərqli məbləğdə olub. Minimum əmək haqqı yanvar- fevral aylarında 130 manat, mart-avqust aylarında 180 manat, sentyabr – dekabr aylarında isə 250 manat təşkil edib. O səbəbdən də, fiziki şəxsi məcburi dövlət sosial ayırma xərcləri 468 manat ((130 manat x 2 ay + 180 manat x 6 ay + 250 manat x 4 ay) x 20 faiz) təşkil edəcək. Qeyd edək ki, Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar 2019-cu ildə aylıq olaraq minimum əmək haqqının 20 faizi həcmində sosial ayırma hesablayıblar.
Vergi ödəyicisi 468 manatı “Hissə 2. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” bölməsinin 1226.2 saylı “Sosial sığorta haqqları” sətrində qeyd edəcə
b) Vergi ödəyicisinin 40 manatlıq bank xərcləri isə “Hissə 2. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” bölməsinin 1226.23 saylı “bank xidməti üzrə xərclər”sətrində qeyd ediləcək.
3) Fərdi sahibkarın gəlirləri 4000 manat, xərcləri isə 508 manat (468 manat + 40 manat) olduğu üçün, vergiyə cəlb edilən gəliri 3492 manat (4000 -508) təşkil edir.
4) Fərdi sahibkar mikro sahibkarlıq subyektinə aid olduğu üçün Vergi Məcəlləsinin 102.1.30-cü maddəsinə əsasən, fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi qədər güzəştə malikdir.
O səbəbdən də, vergi ödəyicisi Gəlir vergisi bəyannaməsinin 3 saylı əlavəsinin “Vergiyə cəlb olunan gəlirlər üzrə azadolmalar və güzəştlər” bölməsinin 30-cü sətrinə 2619 manat (3492 manat x 75 faiz) manatı daxil etməlidir. Bura ümümi gəlirdən (4000 manat) sahibkarlıq fəaliyyəti ilə bağlı xərcləri (508 manat) çıxdıqdan sonra yaranan fərqin (3492 manat) 75 faizini (2619 manat) yazılır. Bəzi vergi ödəyiciləri bu sətirə səhvən ümümi gəlirin və ya öhdəlikləri ilə yanaşı gəlirdən hesablanan gəlir vergisini nəzərə almaqla gəlirin 75 faizini qeyd edirlər.
5) Mikro sahibkarlıq üçün tətbiq edilən və 3 saylı əlavəyə daxil edilən güzəşt məbləği (2916 manat) avtomatik olaraq “Hissə 3. Hesabat dövrü üçün verginin hesablanması” bölməsinin 1242 saylı sətirinə qeyd olunacaq.
Vergi ödəyicisinin vergiyə cəlb edilən gəliri 873 manat (3492 -2619) manat təşkil edəcək və avtomatik olaraq həmin bölmənin 1245 saylı sətrində qeyd olunacaq. Bundan sonra gəlir vergisinin hesablanması proqram təminatı tərəfindən avtomatik həyata keçiriləcək və 1246-cı sətirdə 174,60 manat (873 manat x 20 faiz) çıxacaq.
6) Vergi orqanı vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamə üzrə hesablanan vergi məbləğini "cari vergi ödəməsi üzrə arayış"dakı vergilərlə üzləşdirir. Əgər bəyannamə üzrə hesablanan vergi məbləği çoxdursa, o zaman şəxsi vərəqəyə üzləşdirmə zamanı yaranan fərq qədər vergi məbləği hesablanaraq qeyd edilir.
Qeyd edək ki, gəlir vergisinin bəyannnaməsinin 2 saylı əlavəsində obyektlər haqqında məlumat qeyd edilir. Bəyannamənin 3 saylı əlavəsində isə Sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsində olduğu 2019-cu il üzrə maliyyə fəaliyyətinin hərəkəti qeyd olunmalıdır. Hər iki əlavənin doldurulması qaydası haqqında kitabın növbəti səhifələrində məlumat verilıb.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
4 Komment
Aqil 06 Mart 2020
Salam. Kitabın 2-ci nəşrini səbirsizliklə gözləyirik. Təşəkkürlər və uğurlar.
нариман 03 Yanvar 2021
спасибо очень доступно и понятно
Orxan 27 Avqust 2021
Kitab işıq üzü görübse men isteyerdim hardan ala bilerem
İlhamə 02 Mart 2023
Salam .Gəlir vergisi bəyannaməsinin 1 №-li Əlavəsini düzgün qaydada necə doldurmalı? Bütün xərcləri hansı sətirlərə doldurmalı? .
Şərh yazın