Vergi orqanı 1C və ya Excel proqram təminatında hazırlanan bəzi ciddi hesabat blanklarını ilkin uçot sənəd kimi qəbul edəcək?
Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 555) ilə təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda
aşağıdakı dəyişikliklər edilsin:
7-ci hissənin mətni aşağıdakı redaksiyada verilsin:
“Bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “Malların elektron alış aktı”, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” istisna olmaqla, “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı’’, “Alış sifarişi’’, “Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası”, “Malların mətbəxdən anbara qaytarılmasi aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” və “Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blanklarıdır, onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.”;
7. Yekun müddəalar
Bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində, 3.3-cü, 4.4-cü və 4.6-cı bəndlərində nəzərdə tutulan qaimə-faktura, 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində, 3.2–3.4-cü bəndlərində nəzərdə tutulan “Malların təhvil-qəbul aktı”, 3.2-ci və 3.3-cü bəndlərində nəzərdə tutulan “Malların alış aktı”, 3.3-cü bəndində nəzərdə tutulan vəkalətnamə (etibarnamə), 3.5-ci bəndində nəzərdə tutulan “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, 3.6-cı bəndində nəzərdə tutulan “Yük avtonəqliyyatı üçün yol vərəqi”, 3.7-ci bəndində nəzərdə tutulan “Malların qaytarılması aktı”, 3.8-ci bəndində nəzərdə tutulan “Alış sifarişi” (Purchase order), 4.1-ci bəndində nəzərdə tutulan “Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası”, 4.2-ci bəndində nəzərdə tutulan “Malların mətbəxdən anbara qaytarılması aktı”, 4.7-ci bəndində nəzərdə tutulan “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, 4.8-ci bəndində nəzərdə tutulan “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt”, 4.9-cu və 4.10-cu bəndlərində nəzərdə tutulan “Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt” ciddi hesabat blanklarıdır və onların formasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.
Açıqlama: Dəyişikliyə əsasən, “Yük avtonəqliyyatı üçün yol vərəqi” və “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blankları hesab olunur və onların forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edilir. Həmçinin “Elektron qaimə-faktura” və “Malların elektron alış aktı” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsinin portalında hazırlanır.
Qaydalarda qeyd edilən digər sənədləri vergi ödəyicisi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada kağız və ya elektron daşıyıcıda hazırlayaraq tətbiq edə bilər.
Fikrimizcə, bu cür dəyişikliyin edilməsi vergi ödəyicilərinin işini kifayət qədər yüngülləşdirəcək.
Zəruri qeyd: Bəzi həmkarlarımız hesab edir ki, vergi ödəyiciləri tərəfindən elektron daşıyıcılarda misal üçün, Excel və ya 1 C proqramında Maliyyə Nazirliyinin təsdiq etdiyi formada hazırlanan ciddi hesabat blank formaları mühasibatlıqda istifadə etmək mümkündür. Fikrimizcə, qaydalarda nəzərdə tutulan elektron daşıyıcılar dedikdə, məsul şəxslərin təsdiq səlahiyyətlərini özündə ehtiva edən proqram təminatı əsas götürülür. Ciddi hesabat blanklarında qeyd edilən məsul şəxslər proqram təminatında viza qoymaqla sənəddə qeyd edilən malların təhvil verilməsi və ya alınmasını təsdiq etməlidir. Hal-hazırda əsasən iri sahibakarliq subyektlərində bu cür proqram təminatı tətbiq edilir. Amma əksər sahibkarlıq subyektlərinin istifadə etdiyi 1C proqram təminatında işçilər üzrə bu cür funksiyalar olmadığı üçün həmin proqram təminatı vasitəsiylə hazırlanan sənədələrin vergi orqanları tərəfindən ilkin uçot sənədi kimi qəbul edilməsi gözlənilmir.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın