Məlumat forması təqdim edilmədikdə və ya səhv məlumat verildikdə səyyar vergi yoxlaması həyata keçiriləcək? (3-cü yazı)
Xəbər verdiyimiz kimi, ƏDV ödəyiciləri yanvarın 31-dək mal, iş və və xidmətlərlə bağlı debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması tərtib edərək vergi orqanlarına təqdim etməlidirlər. Son gün olaraq bu gün təqdim olunacaq Məlumat forması ilə bağlı həmkarlarımızdan gələn sualları ümümiləşdirirək gün ərzində üç yazı təqdim edəciyik.
İlk iki yazımızda vergi ödəyicilərin kreditor borclarının Məlumat formasında necə əks olunması və dəqiqləşdirilmiş məlumat formasının verilməsinə aydınlıq gətirmişik.
http://mks.az/taxes/trainings/item/10754-diqq%C9%99t-vergi-%C3%B6d%C9%99yicisi-hans%C4%B1-kreditor-borclar%C4%B1n%C4%B1-%C9%99dv-m%C9%99lumat-formas%C4%B1nda-qeyd-etm%C9%99lidir-1-ci-yaz%C4%B1.html
http://mks.az/taxes/trainings/item/10756-vergi-%C3%B6d%C9%99yicisi-fevral-ay%C4%B1nda-%C9%99dv-m%C9%99lumat-formas%C4%B1-%C3%BCzr%C9%99-d%C9%99qiql%C9%99%C5%9Fdirilmi%C5%9F-ver%C9%99-bil%C9%99c%C9%99k-2-ci-yaz%C4%B1.html
Maraqlıdır ki, ƏDV ödəyiciləri yanvarın 31-dək mal, iş və və xidmətlərlə bağlı debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Formasını vergi orqanına təqdim etməzsə və Formada yalnış məlumat təqdim edərsə, vergi orqanı tərəfindən hansı addımlar atılacaq?
Vergi Məcəlləsində Məlumat formasının təqdim olunmamasına görə hər hansı maliyyə sanksiyası tətbiq olunması nəzərdə tutulmayıb.
İndi isə, vergi ödəyicisi tərəfindən təqdim olunan Məlumat formasında məlumatların səhv olunması hallarını nəzərdə keçirək.
Misal. “A” MMC vergi orqanına təqdim etdiyi məlumat formasında 20 000 manat debitor borcu olduğunu qeyd edib. Amma yanvar və fevral ayında daxil olan 40 000 manatın yalnız 5 000 manatına görə ƏDV hesablayaraq bəyan edib. Vergi ödəyicisi kameral uyğunsuzluqla bağlı daxil olan məktuba cavab olaraq bildirir ki, onun 31 dekabr 2019-cu il tarixə debitor borcları 20 000 yox 35 000 manat təşkil edilib. Amma səhv olaraq Məlumat formasında 20 000 manat qeyd olunduğundan 15 000 manat fərq yaranıb. Mümkündür ki, vergi orqanı debitor borcların təsdiq olunması üçün əlavə sənədlər (digər vergi ödəyiciləri ilə üzləşdirmə aktı və s.) tələb etsin.
Fikrimizcə, vergi ödəyicisinin faktiki və məlumat formasında təqdim etdiyi debitor borcları üzrə fərq kifayət yüksək olduqda, vergi orqanı səyyar vergi yoxlama keçirilməsinə qərar verə bilər. Çünki, vergi ödəyicisi məlumat formasında səhv etdiyi halda, vergi orqanı ƏDV məbləğinin iki dəfə bəyan edilməsində maraqlı olmamalıdır.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı artıq satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın